Dənizdə boğulan 32 yaşlı İlhamla bağlı ÜRƏK DAĞLAYAN FAKTLAR – VİDEO

Dünən Bakı şəhər Sabunçu rayonu ərazisində bədbaxt hadisə baş verib. Bilgəh çimərliyində  32 yaşlı İlham Rəsulzadə boğulub və cəsədi hələ tapılmayıb. 

Yaxınlarının “Basta”ya verdiyi məlumata görə, İlham ailə üzvləri ilə birgə Bilgəyə bağa gediblərmiş. Bağdan qohumu ilə birgə dənizə gediblər. Hadisənin şahidləri bildirir ki, İlham boğulan qohumunu xilas etmək üçün dərinə gedib. Qohumunu xilas edib, amma özü suda batıb. İlhamın xilas etdiyi şəxs indi xəstəxanadadır. İlhamı isə tapmaq mümkün olmayıb. Bildirilir ki, cəsədin tapılması üçün dalğıclara müraciət edilib. Amma hava küləkli oldugu üçun axtarışlar çətinləşib. 

İlham Rəsulzadə müsavatçı Laləzar Rəsulzadənin oğludur. Publika.az-ın məlumatına görə, o, tədbirlərin təşkili və səhnə avadanlıqlarının quraşdırılması üzrə ixtisaslaşan şirkətdə çalışırmış. Səs mühəndisi olan İlham bir neçə il əvvəl ailə həyatı qurub və 1 övladı qalıb. O, yaxın günlərdə ikinci dəfə ata olacaqmış.

Bədbəxt hadisə nəticəsində vəfat edən gəncin bəzi fotolarını təqdim edirik.