Avropa Komissiyasının yeni sədri: Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir

Avropa Komissiyasının yeni sədri seçilmiş Ursula von der Leyen Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları davam etdirmək siyasətini dəstəkləyib.

“Moskva tərəfindən bir çox düşmənçilik siyasətinin şahidiyik”, Ursula “La Repubblica” qəzetinə müsahibəsində deyib.

O buna, güc mövqeyindən cavab verməyi təklif edib.

Von der Leyen Avropa Komissiyasının sədri vəzifəsinə iyulun 16-da seçilib.

Almaniyanın keçmiş müdafiə naziri bu quruma rəhbərlik edən ilk qadındır. O, səlahiyyətlərinin icrasına noyabrın 1-dən başlayacaq.

Rusiyanın Avropaya təsirinə gəldikdə isə siyasətçi deyib ki, Avropa Birliyinin bu problemin öhtəsindən gəlmək imkanları var.

“Kremil zəifliyi bağışlamır, biz sanksiyaları saxlamalı, eyni zamanda dialoq təklif etməliyik”, Ursula deyib.

Ursula von der Leyen hələ Almaniyanın müdafiə naziri olanda da demişdi ki, Moskva ilə güc mövqeyindən danışmaq lazımdır.

Bu ilin martında siyasətçi demişdi ki, artıq Putini tərəfdaş hesab eləmir, amma onu düşmən adlandırmağa da hazır deyil”.

 

AzadlıqRadiosu