Plaçido Dominqo qadınlara qarşı seksual təcavüzdə ittiham edilir

Əfsanəvi opera müğənnisi Plaçido Dominqo on illərlə qadınlara qarşı seksual təcavüzdə ittiham edilir. O, həm də etiraz edən qadınları peşəkar səviyyədə cəzalandırdığına görə də günahlandırılır.

Associated Press-in məlumatına görə, ittihamlar bir çox müğənni və rəqqasələr tərəfindən irəli sürülüb.

78 yaşlı və evil olan Dominqonun bu hərəkətlərə menecer vəzifələrində olarkən yol verildiyi bildirilir.

Qremmi mükafatı laureatı, ispan opera ulduzuna qarşı ittihamlara ictimai münasibət bildirilməyib.

 

Amerikanın Səsi