Moskvada avqustun 25-də yeni çoxminlik mitinqin keçirilməsinə icazə verildi

Moskva meriyası paytaxtda 100 minə qədər insanın etiraz aksiyası keçirməsinə razılıq verib.  Bu barədə məlumatı regional təhlükəsizlik və antikorrupsiya idarəsi rəhbərinin birinci müavini Vasili Oleynik açıqlayıb, – TASS xəbər verir.

Aksiyanın keçiriləcəyi yer Akademik Saxarov prospektidir.

Tədbir 25 avqust, bazar günü, saat 14: 00-dan 18: 00-dək baş tutacaq. Akademik Saxarov prospektindəki 12 nömrəli evin qarşısında tribuna quraşdırılacaq.

Bundan əvvəl, avqustun 10-da  Saxarov prospektində  mitinq keçirilib. Müstəqil müşahidəçilərin  fikrinə görə, razılaşdırılmış mitinqdə 50 minə yaxın etirazçı iştirak edib. bəzi etirazçılar Moskvanın mərkəzində Plevna qəhrəmanlarının abidəsi önünə toplaşaraq  Maroseyka üzərindəki yolun qarşısını kəsiblər. Polis və Rusiya Qvardiyasının əməkdaşları  tərəfindən  136 nəfər saxlanılıb.

Heybət Əmrah

Basta2.com