İyul ayı dünya tarixində ən isti ay elan olundu

Minlərlə yerüstü stansiyanın monitorinqi, o cümlədən Sakit Okeandakı məntəqələrin məlumatları  temperaturların bütün müşahidə tarixində 2019-cu ilin iyul ayı planetin ən isti ayı olduğunu təsdiqləyib. Bu barədə “The Washington Post” yazır.

İqlim monitorinqi və tədqiqatı təşkilatı Berkeley Earth,  ötən ayın 2016-cı ilin avqust ayı rekordunu 0,08 dərəcə aşaraq yeni rekord qırdığını bildirib.

İqlim Dəyişikliyi Xidməti “Kopernik” də iyul ayının bütün əvvəlki aylarla müqayisədə daha isti olduğunu, əvvəlki rekorddan bir qədər yüksək olduğunu  bildirib. Milli Okean və Atmosfer Administrasiyasına (NOAA) görə, Yer səthinin orta qlobal istiliyi bütün 20-ci əsr üzrə ortalama temperaturdan 1,71 dərəcə yüksək olub.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, tropik Sakit okeanda El Nino – suyun səth qatının temperaturunda dalğalanmalar artıq müşahidə olunmur. 2016-cı ildə bu təzahürlər rekord temperaturun səbəblərindən biri olub. Başqa sözlə, 2019-cu ilin istiliyi, təbii tsikllərlə deyil, demək olar ki, qlobal istiləşmə ilə əlaqələndirilir.

Heybət Əmrah

Basta2.com