Müsavat başqanı Rəşid Nəcəflini təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəflini 60 yaşının tamam olması münasibətilə təbrik edib.

Təbrikdə deyilir: Hörmətli Rəşid bəy! Sizi 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Azərbaycan Milli Azadlıq Hərəkatının ilk günündən ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə qoşulmusunuz. Sonrakı illərdə Müsavat Partiyasına üzv olaraq partiyanın tapşırıq və qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində və fəaliyyətinin genişləndirilməsində ciddi işlər görmüsünüz. Siz uzun müddət Müsavat Ağcabədi rayon təşkilatının sədri kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsində böyük fədakarlıq göstərirsiniz. Siz partiyanın iştirak etdiyi bütün seçki kampaniyalarında, siyasi aksiyalarda mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli, Rəşid bəy!

Sizi bir daha 60 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik apardığımız bu şərəfli mübarizədə uğurlar arzulayıram.

Basta