Müsavat başqanı Rəşad Sadıqovu təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) üzvü Rəşad Sadıqovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir: “Hörmət Rəşad bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından olmusunuz. AXC üzvü kimi mübarizədə fədakarlıq göstərmisiniz. Sonrakı illərdə Müsavat Partiyasına üzvü olaraq partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu uğrunda apardığı mübarizəyə öz töhvənizi vermisiniz. Siz ölkəni tərk etməyə məcbur olsanız da yenə Azərbaycanda demokratik cəmiyyət quruculuğu uğrunda mübarizəyə dəstəyinizi davam etdirirsiniz. Siz uzun müddət mühacirət həyatı yaşasanız da Müsavat AKM-in qurucularından biri və Hollandiya özəyinin sədri kimi Müsavat ideologiyasının təbliğində, xaricdə yaşayan soydaşlarımızin Azərbaycanda demokratik dəyişikliklər uğrunda mübarizəyə cəlb olunması üçün ciddi işlər görürsünüz. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız, işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz sizə böyük nüfuz qazandırıb.

Hörmətli Rəşad bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

Basta