Müsavat başqanı Mirzəağa Axundu təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı Salyan rayon təşkilatının sədri Mirzəağa Axundu 65 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Mirzəağa bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı, uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından biri olmusunuz. Siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq və ziyalılıq nümunəsi göstərmisiniz. Sonrakı illərdə Müsavat Partiyası Salyan rayonu üzrə bərpa bürosunun üzvü olduğunuz dövrdən başlayaraq partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmisiniz.

Siz uzun müddət Müsavat Partiyası Salyan rayon təşkilatının sədri olaraq rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsi üçün ciddi işlər görmüsünüz. Belə fəaliyyətiniz bu gün də davam edir. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız Sizə böyük etimad qazandırıb.

Siz həm də uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmusunuz, şərəfli pedoqoji fəaliyyətiniz dövründə bir müəllim kimi bu şərəfli peşənin öhdəsindən layiqincə gəlirsiniz. Çalışdığınız hər sahədə işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli Mirzəağa bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”.

Basta