Ermənilər Xocalıda meyvə bağları saldı – FOTO

Ermənilər Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında qanunsuz fəaliyyətlərini davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xocalıda 10 hektar sahədə nektarin bağları salınıb. Separatçı Qarabağ rejiminin “keçmiş təsərrüfat naziri” Bneik Baxşyanın əkdiyi meyvələrin bu il məhsul verdiyi vurğulanır.

“Xocalıda su qıtlığı problemi yoxdur. Su və gübrə hesabına bol məhsul əldə etmişik”.

Damcılı suvarma sistemi ilə təmin olunmuş nektarib bağları ilə yanaşı, Xocalıda nar və şaftalı bağları da salınıb. Benik Baxşyan məhsulun bir hissəsinin Yerevana satıldığını da sözlərinə əlavə edib.