Manat İranda niyə populyardır? Ekspertin cavabı

İranda manatın populyarlığı onun dollar olan sabit məzənnəsindən qaynaqlanır.

Bunu iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə jurnalist Xədicə İsmayılın açıq sualına cavab olaraq yazıb.

“İranda dollar tapılmır və bahadır. Manatın məzənnəsi isə dollar qarşısında daşlaşmış həddədir, yəni 1.70 AZN. Bu dəyişməzlik 2 ildən çoxdur ki, davam edir. Halbuki manat avroya, funta, rubla, lirəyə münasibətdə dəyişir. Gah bahalaşır, gah ucuzlaşır. Yəni İranda manat dolların əkiz qardaşıdır. İran rialı dollara qarşı necə ucuzlaşırsa manata qarşı da eyni trayektoriya ilə hərəkət edir. Manata sevgi bununla bağlıdır” – deyə, ekspert bildirib.

На изображении может находиться: 1 человек, костюм

Samir Əliyev həmçinin qeyd edib ki, Azərbaycan iki ölkəni təmin edəcək qədər pul kütləsinə malik deyil: “Pul kütləmiz hazırda devalvasiyadan əvvəlki dövrdən də azdır. Mərkəzi Bankdan çap olunmuş köhnə pullar durur hələ. Məsələ pul kütləsinin həcmində deyil. Manat sərbəst dönərli valyuta deyil. Neftin qiymətinə bağlıdır”.

Bu, bizim ölkədə inflyasiyanın qarşısını alan faktordurmu? Hər hansı siyasi qərar (məsələn, İran sərhəddi bağlayır) hansı risklər yarada bilər? 

Jurnalistin bu suallarını cavablandəran ekspert qeyd edib ki, İran faktoru məzənnəyə ciddi təsir edə bilməz: “Təsir etsə belə qarşısı alına bilənddir. İnfyasiyanın qarşısını belə ala bilər ki, İranda dollar bahalaşdıqca manat da bahalaşır və deməli ordan idxal olunan mallar ucuzlaşır (nəzəri olaraq). Iran sərhədi bağlasa manata ciddi təsir edə bilməyəcək. Amma idxal olunan bəzi məhsulların (məsələn, kartof) qiymətinin artımına (infyasiya təzyiqi) rəvac verə bilər”.

Basta