Müsavat nekroloq yaydı

Nekroloq

 Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Dəyərli ziyalı, şair, tərcüməçi və publilsist, müstəqillik hərəkatının görkəmli nümayəndələrindən biri, AXC-nin yaradılmasının iştirakçısı, 1992-ci ildən Müsavat Partiyasının üzvü, milli hakimiyyət dövründə İstanbul Baş konsulu olmuş Abbas Abdulla dünyasını dəyişib.

Abbas Abdulla harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq  öz xalqını, millətini, vətənini sevən bir şəxs olaraq fəaliyyət göstərirdi. Həyatının sonunadək Müsavat ideologiyasına sadiq qalan Abbas Abdulla, eyni zamanda Azərbaycan gənclərinin yaradıcılığının inkişaf etməsinə həmişə yardımçı olub.

Abbas Abdullanın xatirəsi onu tanıyanlar, yaradıcılığını qiymətləndirənlər və müsavatçılar tərəfindən daima əziz tutulacaqdır.

 

Allah rəhmət eləsin, ruhu şad olsun!

 Arif  Hacılı, Müsavat Partiyasının başqanı