Arif Hacılı Dəyirmi Masaya qatılmamasının səbəbini açıqladı

Sentyabrın 11-də Bakıda hakim Yeni Azərbaycan Partiyasının da (YAP) iştirakı ilə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələri “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda Dəyirmi Masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, YAP-ı partiyanın sədr müavini – icra katibi Əli Əhmədov təmsil edib.

Tədbir də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də iştirak ediblər.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.

Arif Hacılı tədbirə qatılmamasının səbəbini  “Basta”ya açıqlayıb.

“Dəyirmi Masada müzakirə olunacaq mövzunun qeyri-müəyyənliyinə və təddbirin formatı bizi qane etmədiyinə görə tədbirdə iştirak etmədik” – deyə, Arif Hacılı bildirib.

 

Basta