Davudoğlu AKP-dən istefa verdi – Ərdoğana böyük zərbə

Türkiyənin keçmiş baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri Əhməd Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında hakim partiyadan istefa verdiyini açıqlayıb.

Davudoğlu bildirib ki, məhdud bir çevrənin əlinə keçən AKP artıq bir bartiya olaraq Türkiyənin problemlirini həll etmək iqtidarında deyil.

Mətbuat konfransında Davudoğlu ilə birlikdə keçmiş AKP  başqan yardımçısı Selçuk Özdağ, eləcə də sabiq millət vəkilləri Abdullah BasçıAyxan Səfər Üstün də iştirak ediblər. Onların müxalifət mövqeli yeni hərəkat yaradacaqları bildirilir.

Cumhuriyyət qəzetinin verdiyi məlumata görə, bu gün 400 nəfər AKP-dən istefa verib. Siyasi dəhlizlərədə Davudoğlunun bu addımı prezident və AKP-nin lideri Rəcəb Tayyib Ərdoğana böyük siyasi zərbə kimi qiymətləndirilir.

 


Basta