“Mən polis təqibinə məruz qalmışam…” – Baş prokurora şikayət

“Mən polis təqibinə məruz qalmişam. Hacı Məmmədov bandasının və onun tərkib hissəsi olan Gülzarə Kazımovanın işi üzrə zərər çəkmişəm. Bu barədə məhkəmə qərarı vardır. Baş Prokurorluğun da bu barədə böyuk qərarı var ki, zərərçəkmiş kimi mənə ödəniş edilməlidir. Lakin bu qərarlar icra olunmur”.

Bunu “Basta”ya yazdığı şikayət məktubunda Yasamal rayon sakini Ağayeva Sevda Xaliq qızı qeyd edib

“Doğulduğum ünvanda Yasamal rayonu 21 sayli mənzil istismar sahəsində hazırda ödəniş paylanır, amma mənə heç nə verilmir. Baş prokuror Zakir Qaralova teleqram vurmusam, Polad Cəbrayılovun hesabına və doğulduğum ünvana həbs qoyulması üçün. Mənə deyirlər ki, Aparat icazə vermir. Mənim üçün maraqlıdir ki, Aparatın mənimlə nə işi ola bilər”- deyə, şikayətçi bildirib.

“Qaralov, baş prokuror kimi mənə cavab versin. Bununla da ödəniş edilməsi üçün doğulduğum ünvanda mənzil istismar sahəsinin rəisinə göstəriş verilsin. Biz hal hazirda məhrumiyyətlər içərisində yaşayırıq” – deyə Sevda Ağayeva qeyd edib. 

 

Basta