Müsavat başqanı Raymonda Əliyevanı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Partiya fəalı Raymonda Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Raymonda xanım!
Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Müsavat Partiyasının sıralarına qoşulduğunuz gündən ölkədə azad, demokratik vətəndaş cəmiyyətinin qurulması uğrunda gedən mübarizənin ön sıralarında olmusunuz. Hazırda Müsavat Partiyası Xətai rayon təşkilatının Şura üzvü kimi partiyanın qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsində fəallıq göstərirsiniz. Eyni zamanda Müsavatçı Qadınlar Birliyinin gücləndirilməsində xidmətləriniz böyükdür. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz və təvəzökarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Siz, həm də mehriban, qayğıkeş bir ana və nənəsiniz, övladlarınızla, nəvələrinizlə fəxr etdiyiniz kimi, əminəm ki, onlarda da hər zaman Sizinlə qürur duyacaq.
Hörmətli Raymonda xanım!
Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”