Müsavat başqanı Valeh Hümmətoğlunu təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Məclis üzvü Valeh Hümmətoğlunu 65 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətl Valeh bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından biri olmusunuz. Xalq Hərakatı zamanı AXC-nın fəal üzvlərindən biri olaraq siyasi fəaliyyətinizdə, eyni zamanda Qarabağ savaşında, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə cəsarət və vətənpərvərlik nümunəsi göstərmisiniz.

Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmisiniz. Siz partiyanın iştirak etdiyi bütün seçki kampaniyalarında, siyasi aksiyalarda mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Siz hazırda Müsavat Partiyası Məclisinin üzvü kimi partiyanın güclənməsində qərarlarının icrasında, ciddi işlər görürsünüz. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız Sizə böyük etimad qazandırıb.

Hörmətli Valeh bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.