Bakıda və İstanbulda metro çəkilişi – ekspertin müqayisəsi

Bakının “Papanin” adlanan ərazisində, Hərbi Hospitalın qarşısında açılışı nəzərdə tutulan metro stansiyasına görə həmin küçə az qala 10 ildir bağlıdır. Yəqin ki, həmin ərazidə söhbət 3-5 km-lik metro xəttinin çəkilişindən gedir.

Ondan əvvəl uzunluğu heç 2 km-ə çatmayan “Avtovağzal” stansiyasının da çəkilişi az qala 7-8 il davam elədi. Yəni Bakıda 1 km metro xəttinin çəkilməsi orta hesabla ən yaxşı halda 3-4 ilə başa gəlir.

Bir iş keyfiyyətli bacarmırıqsa, bacaranların xidmətindən, məsləhətindən istifadə edək.

Aşağıda bu gün Türkiyə mediasında yayılan xəbərin linkini yerləşdirəcəm.

İstanbul`a yeni metro hattı

İstanbul Böyük Şəhər Bələdiyyəsi 4 rayonu əhatə edəcək 18.6 km uzunluunda metro xəttinin çəkilişi üçün Çevrə və Şəhərsalma Nazirliyindən icazə alıb.

Bu uzunluqda xətt 46 aya çəkiləcək. Yəni hər 2.5 aya 1 km metro xətti. Özü də hər km üçün 43.5 mln. dollar xərclənəcək.
Layihənin ümumi dəyəri də cəmi 850 mln. dollar.
İndi bizim hökumətimiz açıqlasın görün hər km-i 3-5 ilə başa gələn metro xətlərinin çəkilişində smeta dəyəri necədir.
Şəffaf, hesabatlı, seçkili və iştirakçı idarəetmənin yoxluğunun fəsadları…

Korrupsionerlərdən savayı hamı onun zəhərli meyvələrindən dadır.

 

Yazı iqtisadçı Rövşən Ağayevin feysbuk səhifəsindən götürülüb.

Basta