Mətbuat və siyasətçilər “Əsrin müqaviləsi” barədə nə deyirdilər?

“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir və bu münasibətlə BBC News Azərbaycanca mətbuat arxivlərindən həmin dövrdə müqavilə barədə yazılan fraqmentləri sizə təqdim edir.

Aşağıdaki nümunələr bu dövrdə “Əsrin müqaviləsi” ilə əlaqəli hadisələrin yalnız kiçik bir parçasını əks etdrir. Lakin onlar həmçinin bu müqavilənin reallaşmasında böyük rolu olan hadisələri və şəxslərin fəaliyyətini izah edirlər.

Turan agentliyi – 5 noyabr 1992

Ali Sovetin sədri İsa Qəmbər ABŞ-ın AMOCO neft şirkətinin nümayəndəsi Robert Blanton-la görüşüb.

Cənab Blanton, neft yataqlarında Azərbaycanla birgə işlər barədə danışıb və layihənin reallaşacağı halda Azərbaycanın gəlirlərin 74 faizini alacağını deyib.

Öz növbəsində İsa Qəmbər ABŞ Konqresinin Azərbaycana maddi yardım verməmək qərarının iqtisadi əməkdaşlığa zərər vura biləcəyini deyib.

Robert Blanton jurnalistlərə cavabında deyib ki, “Biz siyasətə fikir verməməyə çalışırıq və sizə sözümü verirəm ki, AMOCO ilə əməkdaşlıq Azərbaycana firavanlıq gətirəcək.”

İnterfaks agentliyi: 9 dekabr 1992

İnterfaksa müsahibəsində, prezident Əbülfəz Elçibəy neft hasilatında müstəqillikdən sonra müşahidə olunan azalmanın dayandırıldığını və ölkədəki iqtisadi vəziyyətin növbəti 4 ay ərzində sabitləşəcəyinə inandığını deyib.

O əlavə edib ki, növbəti 5 ildə neft hasilatı 23 milyon tona qədər, 2003-cü ilədək isə 40 milyon tona çata bilmək imkanı var. O əlavə edib ki, AMOCO və BP-nin Xəzərdəki neft-qazma işlərinin potensialı o qədər böyükdür ki, Azərbaycan gələcəkdə neft hasilatını endirməli ola bilər.

İTAR-TASS – 22 dekabr 1992

Azərbaycanın Baş nazirinin birinci müavini Vahid Əhmədov Rusiyanın Baş nairi Viktor Çernomırdinlə görüşüb.

Cənab Çernomordin Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqlərin genişləndirilməsini dəstəklədiyini bildirib.

Cənab Əhmədov deyib ki, “Görüşdə iki ölkə arəasında iqtisadi və ticari əməkdaşlıqla bağlı bir çox məsələ müzakirə olundu.”

Onun sözlərinə görə, cənab Çernomırdin deyib ki, “neft və qaz hasilatı sənayələri inkişaf etmiş keçmiş Sovet ölkələri bu sahədə fəaliyyətlərini dövlət başçıları səviyyəsində qura bilərlər”.

Danışıqlar nəticəsində Rusiya Azərbaycana xam neft ixracını artıracağını vəd edib.

22 iyul, 1992-ci ilABŞ şirkətləri müstəqil Azərbaycanın neft sənayəsinə yatırım qoyan ilk xarici şirkətlər sırasında idilər

İnterfaks agentliyi – 24 dekabr 1992

Ali Soveting sədri İsa Qəmbər, ABŞ senatının Azərbaycana humanitar yardımın 1993-cü ildə kəsməklə bağlı qərarının ABŞ şirkətlərinin Xəzərdəki neft yataqlarından hasilat layihələrində iştirakına mənfi təsir göstərə biləcəyini bildirib.

İnterfaks agentliyi – 11 aprel 1993

British Petroleum Exploration-ın prezidenti, John Brown prezident Əbülfəz Elçibəyə mesaj göndərərək, Qarabağ müharibəsi nəticəsində öldürülən dinc əhali və artan qaçqınların sayı barədə narahatlığını bildirib.

O, BP-nin Azərbaycan hökumətinə humanitar yardım, qida və dərman çatdırmağa hazır olduğunu deyib. O, Bakıya tezliklə gələcəyini bildirib.

Bundan bir ay əvvəl Norveçin Statoil şirkəti, BP və ARDNŞ Çıraq neft yatağına dair razılığa gəlmişdi.

Turan agentliyi – 13 may 1993

Ali Sovetin sədri İsa Qəmbər mətbuat konfransında Azərbaycanın bir çox ABŞ şirkətilə iqtisadi əlaqələr qurmaq niyyətində olduğunu deyib.

O, Qarabağ münaqişəsi barədə danışaraq, bir çox ölkənin münaqişəyə yanaşmasını, xüsusilə də İranda hakim dairələrin fəaliyyətini tənqid etməyin düzgün olmadığını bildirib.

O, Azərbaycandan Türkiyəyə neft borusunun inşa olunacağını deyib və bu borunun İrandan keçməsinə üstünlük verildiyini qeyd edib. Onun sözlərinə görə, buna səbəb İran, Türkiyə və Azərbaycan arasında əlaqələri möhkəmləndirməkdir.

Turan agentliyi – 1 iyun 1993

Britaniyaya səfərindən sonra Baş nazir Pənah Hüseynov deyib ki, İrandan sonra Azərbaycanın ikinci ən böyük iqtisadi tərəfdaşı Britaniyadır.

O, Britaniyanın tezliklə Azərbaycanın ən böyük ticari tərəfdaşına çevrilmək potensialı olduğunu deyib.

Turan agentliyi – 22 iyun 1993

Neft şirkətinin prezidenti Sabit Bağırov Azəri, Çıraq, Günəşli neft yataqlarının işlənməsində Qərb şirkətlərilə əməkdaşlıq üzrə ilkin razılıq əldə edildiyini bildirib.

Hasilatın pay bölgüsü sazişində şirkətlərin payının belə bölüşdürüləcəyi qeyd olunub:

  • Azərbaycan Dövlət Neft Şirkəti – 30%
  • BP və Statoil – 36.7%
  • AMOCO – 24.3%
  • Pennsoil-Ramco – 17%
  • Unocal – 16%
  • McDermott – 3.5%
  • Türkiyə Petroleum Corporation – 2.5%

Sabiq prezident Heydər Əliyev "Əsrin Müqaviləsinin" imzalanma mərasimindəAzərbaycanla 6 digər ölkəni təmsil edən şirkətlər arasında imzalanan məhsulun bölüşdürülməsinə dair saziş 1994-cü il sentyabrın 20-də imzalanıb

Milliyet qəzeti – 2 iyul 1993

“Türkiyə Elçibəyi qanuni prezident kimi tanımağa davam edə bilər. Bu yanaşma nəticəsində ortaya hansı problemlər çıxa bilər? Əliyevin cavabı onun çətin vəziyyətdə olacağını göstərdi. O dedi: “Mən Elçibəyin Türkiyədə hörmətli olduğunu bilirəm. Lakin Türkiyə Azərbaycan hökumətiylə münasibətlər qurmalıdır. Elçibəy bir fərddir. Azərbaycanın hökuməti və parlamenti var. Türkiyə yeni rəhbərliyi tanımalıdır …”, qəzet həmin vaxt Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra edən və həm də Ali Sovetinin sədri olmuş Heydər Əliyevdən sitat gətirir.

Heydər Əliyev çevrilişin arxasında Rusiyanın durduğu barədə şayiələri qəti şəkildə rədd etdi. “Bu məsələyə dair heç bir məlumatım yoxdur.”

Bu arada Elçibəy bildirib ki, çevriliş “onun administrasiyasının imzaladığı neft müqavilələrinə görə olub”.

Heydər Əliyev deyib: “Bu doğru deyil. Bir sıra səhvləri düzəltmək üçün neft kəşfiyyatı ilə bağlı razılaşmaları nəzərdən keçirmişik. Səhvləri araşdırmaq cinayətdirmi?”

“Türkiyə yeni müqavilələrə daxil ediləcəkmi? Bakı Türkiyəyə zəmanət verəcəkmi?” – qəzet sual edib.

Əliyev gülümsəyib dedi: “Bəli, Türkiyə daxil ediləcək. Narahat olmamalısınız …”

“…Azərbaycan neftini Aralıq dənizinə Türkiyə üzərindən nəql etmək üçün neft kəmərinin çəkilməsi barədə qərarı qəbul edən Elçibəy olub. Sirr deyil ki, Azərbaycan neftini Qara dənizə nəqlini Rusiya həyata keçirmək istəyir… Bu razılaşma da dayandırıla bilərmi?” – qəzet sual verib.

Əliyev bunları söylədi: “…mən bu məsələ barədə heç nə bilmirəm. Mən bu sazişləri araşdırmamışam. Onları mən imzalamamışam. Türkiyə liderləri hansı müqaviləni imzalayacaqları barədə məlumatları olmasaydı ona imza atmazdılar. Hər hansı bir dəyişikliyin ediləcəyini düşünmürəm, odur ki, bu məsələ barədə narahat olmaq lazım deyil”.

Biz təkid edərək soruşduq: “Aralıq dənizinə boru kəmərinin çəkilməsi barədə qərar dəyişdirilə bilərmi?” Əliyev güldü və cavab verdi: “Xeyr, dəyişdirilməyəcək”.

1992-ci il, Bakıda neft işçisi90-cı illərin əvvəlində Azərbaycanın neft sənayəsinə əhəmiyyətli dərəcədə yatırım lazım idi

Turan agentliyi – 28 iyun 1993

Neft şirkətinin prezidenti Sabit Bağırovun Londona növbəti səfəri təxirə salınıb və onun vəzifəsindən istefasının Ali Sovet tərəfindən tezliklə təsdiqlənməsi gözlənilir.

O, Londona Azəri-Çıraq-Günəşli yataqları üzrə Qərb şirkətlərilə razılığa dair bir müqavilənin variantlarının müzakirəsi üçün getməli idi.

Lakin Heydər Əliyevin hökuməti müqavilə üzrə müzakirələri təxirə salıb. TURAN agentliyi ilə müsahibəsində Sabit Bağırov Azərbaycan hakimiyyətilə Qərb ölkələri arasında əlaqələrdə böyük dəyişiklər gözləmədiyini deyib. O, hökumət tərəfindən atılan addımların müvəqqəti olmasına ümid bəslədiyini deyib.

Turan agentliyi – 30 iyun 1993

Ali Sovetin birgə mətbuat konfransında Baş nazir Sürət Hüseynovla icraçı prezident Heydər Əliyev iştirak ediblər.

Xəzərdəki neft yataqları üzrə Qərb şirkətlərilə razılığa dəyişiklər barədə suallara cavabında, Heydər Əliyev deyib ki, “Mən ortaqlarımızın narahatlığını anlayıram, lakin məncə onların narahatlıqları əsassızdır. Biz sadəcə bəzi məsələləri yoxlamaq istəyirik. Düşünürəm ki, bu razılıqlarda nəsə səhv ola bilər.”

Anadolu Ajansı – 21 iyul 1993

Türkiyə prezidenti Süleyman Demirel Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyeva müraciət göndərib. Türkiyə xarici işlər nazirliyinin sözçüsü Ferhat Ataman, müraciətdə nə yazıldığını deməyib.

O, Azərbaycanın AÇG üzrə razılığı ləğv etdiyi barədə şayiələri inkar edib. O, yeni Azərbaycan hökumətinin rəsmilərinin Türkiyənin maraqlarına ziyan vurmayacaqlarına vəd etdiklərini deyib. O qeyd edib ki, Türkiyə Petrolleri şirkətinin xarici ortaqları ilə danışıqlara davam etdiyini vurğulayıb.

İnterfaks agentliyi – 30 iyul 1993

Heydər Əliyev Türkiyə ilə danışıqlarda Azərbaycandan Türkiyəyə neft borusu barədə ümumi razılığın əldə edildiyini deyib.

O bildirib ki, borunun inşası üçün iki seçim var. Birincisi, İran ərazisindən, Naxçıvana və sonda Türkiyəyə. İkincisi, Gürcüstan ərazisindən Türkiyəyə.

İTAR TASS agentliyi – 9 avqust 1993

Azərbaycan bir daha AÇG üzrə Qərb şirkətlərilə danışıqlara qayıdır. Şirkətlərin nümayəndələri ilə görüşdən sonra Heydər Əliyev deyir ki, razılığın təxirə salınmasının səbəbi, məsələyə daha dərindən baxmaq və müqavilənin Azərbaycana nə xeyir gətirəcəyini müzakirə etmək olub.

O əlavə edib ki, “heç kəsin şübhəsi olmamalıdır ki, neft hasilatında xarici şirkətlərin iştirakı olacaq və onların maraqları təmin olunacaq.”

O, ARDNŞ-in əvvəlki idarəçiliyinin AÇG üzrə razılıqda səhvlərə yol verdiyini deyib.

İTAR TASS2 – noyabr 1993

Azərbaycan tərəfi Azəri-Çıraq-Günəşli yataqları üzrə birgə razılığa dəyişiklər edərək Qərb şirkətlərindən ibarət konsorsiumla yeni razılığa imza atıb.

İTAR-TASS agentliyi, Günəşli yatağının yeni razılıqdan çıxarıldığını, buna səbəbin isə Azərbaycanın bu yatağı Rusiyanın Lukoil şirkətilə işləmək istəyi olduğunu deyib. Agentlik yazıb ki, bu iki səbəblə izah olunub: Birincisi, Günəşlidə istifadə olunan avadanlıqların və alətlərin əksəriyyətinin Rusiya tərəfindən istehsal olunması və Azərbaycanın bundan Qarabağ münaqişəsində Rusiyanın dəstəyini qazanmaq üçün bir üsul olaraq istifadə etməsi iddiaları.

Agentlik bildirir ki, yeni müqavilədə gəlirlərin 80 faizi Azərbaycana, 20 faizi isə konsorsiuma düşəcək. Əvvəlki razılıqda Azərbaycanın payı 70 faiz olub, agentlik deyir.

Rusiya prezidenti Boris Yeltsinlə Azərbaycan prezidenti Heydər Əlivein görüşü, 17 noyabr, 1994-cü il

Kommersant qəzeti 25 yanvar 1995

Qəzet yazır ki, Azərbaycanın “Əsrin Müqaviləsi”ndən İrana 5 faiz pay vermək istəyi, ABŞ-ın dərin narahatlığına səbəb olub. Qəzeti iddia edir ki, İranın müqavilədə iştirakının səbəblərindən biri, Rusiya kimi müqaviləni əngəlləməkdir.

Qəzeti bu layihənin təkcə iqtisadi yox, həm də böyük geosiyasi əhəmiyyəti olduğunu deyərək, ABŞ və Avropa enerji şirkətlərinin layihənin reallaşmasına lazım olan kapitalı yatırmaqdan çəkindiklərini iddia edib.

Qəzet Rusiyanın Azərbaycana çoğrafi yaxınlığını xatırladaraq, onun Qafqazda öz maraqlarını təqib etməyə qaçılmaz istəyi olduğunu deyib.

“Buna riayət edilməlidir. Çox güman ki, Tehranın “təhqir” olunması Moskvanın diqqətindən qaçmayacaqdır”.

AFP agentliyi 19 iyul 1995

Keçən həftə Bakıda Rusiyanın yüksək rütbəli millət vəkili Vladimir Şumeyko deyib ki, Moskva “ABŞ-ın Azərbaycanda strateji maraqlarının birbaşa mövcud olmasının əleyhinədir”.

Keçmiş Sovet İttifaqı ilə İran arasında 1921 və 1940-cı illərdə müqavilələr bağlandıqdan bəri Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmayıb.

Federasiya Şurasının spikeri Şumeyko Moskvaya qayıtdıqdan sonra bildirib ki, səfərinin məqsədi neft sektorunda “Rusiyanın strateji maraqlarını müdafiə etmək” olub.

Onun o qədər də gizlətməyə çalışmadığı bu xəbərdarlığı, Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli bir rəsmisinin Interfax agentliyinə dedikləriylə həmahəng səslənib. Həmin rəsmi deyib ki, Moskva “Azərbaycanı və Xəzər dənizi bölgəsindəki bir sıra ölkələri daha real mövqe tutmağa inandırmaq üçün sərt tədbirlər planlaşdırıb”.

“Bu, güc tətbiq etmək məsələsi deyil, plan iqtisadi və digər təsir vasitələrini nəzərdə tutur”, – o deyib.

1997-ci il, avqustun 1-i, Ağ Evdə prezident Heydər Əliyevlə ABŞ prezidenti Bill Clinton-un görüşüHeydər Əliyev üçün Qərb ölkələrilə əməkdaşlığın zirvəsi, nəinki neft sənayəsində əməkdaşlıq, həmçinin siyasi əlaqələrin yetişməsi idi. Onun 1997-ci ildə ABŞ-a səfəri bu dövrdə bu əlaqələrin sıxlığını əks edən anlardan biri idi

Turan agentliyi 23 avqust 1995

“Azərbaycanda Amerika biznesi üçün ən əlverişli şərait yaradılır”, – Əliyev ABŞ senatoru Richard Shelby-ə deyib. – Amerika şirkətlərinin “Əsrin Müqaviləsi”ndəki iştirak payı buna dəlalət edir”.

O əlavə edib ki, Azərbaycan ABŞ-ın İranı konsorsiumdan kənarda saxlama istəyinin yerinə yetirməklə, İranla əlaqələrinə xələl gətirib.

“Bu səbəbdən İranın bizimlə mübahisəsi var”, o deyib.

AFP agentliyi – 10 noyabr 1995

Azərbaycan “Qarabağ” neft yatağının işlənməsi üzrə 25 illik yeni müqaviləni Rusiyanın Lukoil, İtaliyanın AGİP və ABŞ-ın Pennzoil şirkətlərilə imzalayıb.

Azərbaycan prezidenti Heydər Əliyev, Lukoil şirkətinin AGİP ilə birgə və öz hesabına, ümumilikdə 32,5 faizlik pay əldə etdiyi yeni müqavilənin “çox böyük siyasi əhəmiyyətini” olduğunu vurğulayıb və “regional meyllərə realist yanaşdığına görə” Moskvaya təşəkkürünü bildirib.

Ancaq o, vurğuladığı kimi, son bir ildə iki dəfə onu devirməyə cəhd etmiş “daxili və xarici qüvvələri” qeyd etməyi də unutmayıb.

Müqavilənin imzalanmasında iştirak edən Rusiyanın Energetika naziri Yuri Şafrannik Bakının “qonşularına etibar edərək düzgün yolu tutduğunu” alqışlayıb. Sonra o, “keçmiş Sovet İttifaqının hər bir neftçisi Azərbaycanı öz vətəni hesab edir” kimi eyham vurub.

BBC