Qazaxda ermənilər eksko­vato­ru atəşə tutub, sürücü həlak olub

Oktyabrın 2-də saat 17 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, ekskovatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb. 

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurul­ub – deyə, DSX bildirib.