İkram Rəhimov koloniyada ondan pul tələb etdiklərindən şikayətlənir

Realliq.info saytının redaktoru İkram Rəhimov 3 illik həbs cəzasını çəkmək üçün 6 saylı koloniyaya köçürülüb. Orada iki davamlı aclıqdan sonra onu səhhətilə əlaqədar yaranmış problemə görə tibbi hissəyə yerləşdiriblər.

Yaxınları Turan-a bildiriblər ki, İ.Rəhimov səhhətinin kəskin pisləşməsilə əlaqədar ikinci aclığı dayandırıb.

İ.Rəhimov ailəsi ilə telefon söhbəti zamanı koloniya əməkdaşlarından şikayət edib, belə ki, doğmaları ilə görüşmək üçün ondan pul alırmış.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən pul tələb etmək barədə fikirləri rədd edərək həqiqətəuyğun olmadığını bildiriblər.

* Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il iyunun 12-də 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Etiraz olaraq İ.Rəhimov avqustda aclığa başlayıb və 30-cu gün -sentyabrın 5-də onu bitirib.

Sentyabrın 18-də Apellyasiya Məhkəməsi CM-in 62-ci maddəsini (qanunla nəzarət tutulmuş cəzadan az) tətbiq edərək İ.Rəhimovun hədə yolu ilə pul tələb etməklə bağlı günahını təsdiqləyərək həbs müddətini 3 ilədək azaldıb. Həmin gün İ.Rəhimov yenidən aclığa başlayıb.