“Binə” Ticarət Mərkəzidə növbəti yanğın – FOTO/VİDEO

Qaradağ rayonunda, “Binə” Ticarət Mərkəzində növbəti dəfə yanğın hadisəsi baş verib.

Yanğın ticarət mərkəzinin “Elit” hissəsində başlayıb, daha sonra xeyli əraziyə keçib. Üçüncü sıradan başlayan yanğın paltar bölümünü külə döndərib.

Əraziyə FHN-in Yanğından Xilasetmə Xidmətinin briqadaları cəlb edilib.

Oxu.az-ın verdiyi məlumata görə, yanğın 3-cü sırada yerləşən mağazaların birindəki elektrik naqillərindəki qısaqapanmadan başlayıb.

Oxu.az