Piketdə saxlanılan 5 nəfərin işi məhkəməyə göndəriləcək

Bakının mərkəzində etiraz aksiyası zamanı ən azı 30 nəfər saxlanılıb. Bu barədə Turan-a Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslər öncədən gətirilmiş avtobuslara əyləşdirilərək Səbayel Rayon Polis İdarəsinə aparılıblar.

Polis 8 oktyabr mitinqinin təşkilatçılarını ictimai asayişi pozmaqda ittiham edib.

Oktyabrın 8-də Bakıda keçirilən etiraz aksiyasının 27 iştirakçısının müxtəlif məsuliyyət tədbirlərinə cəlb olunduğu bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) piket təşkilatçılarını “Toplaşma azadlığı haqqında” qanunun tələblərini pozmaqda ittiham edib.

BŞBPİ-nin məlumatında bildirilir ki, qanunvericilik aktlarının tələblərinə əməl olunmasının vacibliyi barədə xəbərdarlığa baxmayaraq, təşkilatçılar piketə 50 nəfərdən çox adam gətiriblər və “qanunsuz yürüş” keçirməyə cəhd göstəriblər.

“Nəticədə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib”, – məlumatda deyilir.

İctimai asayişin pozulması ilə müşayiət olunan yürüş cəhdinin və qanunsuz hərəkətlərin qarşısı alınıb.

Hüquq qaydasını pozan 17 şəxsə xəbərdarlıq edilib, 4 nəfərin barəsində inzibati protokol tərtib olunub.

Polisin tələblərinə tabe olmayaraq yürüş keçirməyə cəhd edən beş nəfərin barəsində toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək.

Sərxoş vəziyyətdə və üzərində soyuq silah olan şəxsin əməlinə hüquqi qiymət veriləcək.

Müxalifətin məlumatına görə, aksiya zamanı 30-a qədər adam saxlanılıb. Saat 19:00-a yaxın saxlanılan şəxslərin əksəriyyəti buraxılıb.

Bakı meriyasının qarşısında toplaşma azadlığı tələbilə piket Demokratik Qüvvələrin Milli Şurası və Xalq Cəbhəsi Partiyası tərəfindən təşkil edilib. Polis hadisə yerinə 50 nəfəri buraxıb.

Eyni zamanda ətraf küçələrdə polis kordonları düzülüb. Polis aksiyada iştirak etmək istəyən adamları dağıdaraq daha fəal etirazçıları saxlayıb.

Müxalifət oktyabrın 19-na yeni mitinq təyin edib.

Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)Müxalifətin meriyanın qarşısındakı piketi zamanı ən azı 30 nəfər saxlanılıb (FOTO-Video)