Beyləqanda Müsavat başqanının görüşünə əngəl

Öyrədilmiş qadınlar yerli təşkilatın qərargahını mühasirəyə aldı, Arif Hacılı fəallarla açıq havada görüşdü

Bu gün Beyləqan rayonunda Müsavat başqanı Arif Hacılının müsavatçılarla görüşünə əngəl yaradılıb. Bu haqda partiyanın yerli təşkilatından məlumat verilib.

Bildirilir ki, müsavatçılar burada öyrədilmiş qadınların hücumuna məruz qalıb.

Bir qrup qadın isə Müsavatın yerli təşkilatının qərargahını mühasirəyə alıb. Arif Hacılı gözlənilən təxribatın qarşısını almaq üçün görüşlərin yerini dəyişib. 

“Biz hələ Beyləqana çatmamış orada bizi gözləyən müsavatçılar təqribən 70-dən artıq qadının hücumuna məruz qalıb. Qərargah mühasirəyə alınıb. Hakimiyyət müsavatçıların xüsusən rayonlarda bir yerə toplaşmasından narahat olduğu üçün bu cür qanunusuz müdaxilə edir. Üzvlərimizi bundan daha artıq təzyiqə məruz qoymamaq üçün onlarla qərargahda yox, başqa yerlərdə görüşdük. Təhlükəsiz ərazilərdə Beyləqan, Ağcabədi, İmişli və Fizuli müsavatçıları ilə ayrı-ayrılıqda görüşüb, onlarla fikir mübadiləsi apara bildik” – deyə, Arif Hacılı bildirib.

Arif Hacılı bir neçə avtomobilin onları yolboyu təqib etdiyini də bildirib. 

На изображении может находиться: 8 человек, люди стоят, костюм и на улице

На изображении может находиться: 6 человек, люди улыбаются, люди стоят, костюм и на улице

На изображении может находиться: автомобиль и на улице

 

Basta