Müsavat Partiyası 10 noyabr mitinqi ilə bağlı BŞİH-ə müraciət etdi

Bu gün Müsavat Partiyası noyabrın 10-na təyin olunan mitinq ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Bu haqda “Basta”ya partiyadan məlumat verilib.

Müraciətdə qeyd edilib ki aksiya 10 noyabr saat 15-dən 17-dək “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşma azadlığı təmin edilsin”, “Bərabər hüquqlu siyasi rəqabət şərait yaradılsın”, “Qarabağı azad et”, “Monopoliyalara son” və digər şüarlar altında keçiriləcək.

Müsavat mitinq üçün 3 yerdən birinin ayrılmasını istəyib.

  1. Tofiq Bəhrəmav adına stadionun qarşısındakı meydan. 2. Dərnəgül metrostansiyasının çıxışında olan meydan. 3. “Məhsul” stadionu. 

Müraciətdə qeyd edilib ki, “Məhsul” stadionunda mitinqin keçirilməsi burada aparılan təmir işlərinə mane olmayacaq.

Müraciətində o da föstərilib ki, BŞİH özü şəhərin mərkəzinə yaxın olan ərazilərdən birində Müsavata mitinq üçün yer təklif edərsə, bu təklif müzakirə oluna bilər. 

 

Basta