Məhkəmə Müsavat başqanının müşavirini həbsdə saxladı

Şirvan ApelIyasiya Məhkəməsi Müsavat başqanının müşaviri, partiyanın Məclis üzvü və Kürdəmir təşkilatının sədri Baha Mikayılovun barəsində çıxarəlan 15 sutka həbs qərarını  qüvvədə saxlayıb.

Bu haqda Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat yayıb.

“Azərbaycana qarşı Avropa Məhkəməsinə gedəcək və mütləq qələbə ilə nəticələnəcək bir məhkəmə qərarı da verildi. Kürdəmir Polisinin və Məhkəməsinin bir neçə gündür yaşlı adamları aldatması təşəbbüsü də boşa çıxdı. Baha bəyə sağlamlıq durumuna diqqətli olmasını tövsiyyə edir və onun arzuladığı cəmiyyətin qurulması üçün əlimizdən gələn qanuni vasitələrdən istifadə edəcəyimizi bəyan edirəm. Baha bəyə və 19 oktyabr hadisələri ilə əlaqədar həbs olunananlara Azadlıq!” – deyə Gülağa Aslanlı çağırış edib.

 

Basta