Ramiz Mehdiyev Prezident Administrasiyasnın rəhbəri vəzifəsindən azad edilib

 İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Prezident dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.

Mehdiyevin yerinə hələ yeni təyinat olmayıb.

İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Ramiz Mehdiyev 4 fevral 1994-cü ildən Prezident Administrasiyasına rəhbərlik edirdi. O hazırkı iqtidarın əsas aparıcı fiqurlarından biri kimi tanınıb.