Amerikada azərbaycanlı gənc xanım ermənipərəst Pozneri susdurdu – video

Ermənipərəst  mövqeyi ilə tanınan rusiyalı jurnalist və teleaparıcı Vladimir Pozner Kaliforniyada (ABŞ) etdiyi çıxışların birində Dağlıq Qarabağdan olan azərbaycanlı gənc xanım Arzu Məmmədovanın tutarlı arqumentləri və sualı qarşısında  çətin vəziyyətə düşüb.

Arzu Məmmədova  Poznerə “Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlını, məcburi köçkünləri, o cümlədən mənə və ailəmə qarşı ayrı-seçkilik edirsiniz”- deyib. Sonra o, söz azadlığı ilə nifrət hissi arasındakı xəttin haradan keçdiyini soruşub.

Vladimir Pozner nə deyəcəyini bilməyərək, Dağlıq Qarabağın Ermənistanın rəsmi olaraq tanıdığı ərazisi olduğunu söyləyib, bu zaman Arzu Məmmədova onun sözünü kəsərək qeyd edib ki, rəsmi olaraq Dağlıq Qarabağ  Azərbaycanın ərazisidir. 

Arzu Məmmədova dünən öz facebook səhifəsində ona çoxlu müraciətlərin olduğunu deyərək, dəstək olanlara təşəkkürünü bildirib. 

Heybət Əmrah

Basta2.com

https://www.youtube.com/watch?v=RsunHJpqvgI&feature=youtu.be&fbclid=IwAR2x9z5MiJvy8D7SYRS7C6XeVnz2XqB7hn4fr8z7u_xaG9Ir07_ws5E-xBg