Müsavat başqanı yubilyarı təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı partiya fəalı Balabəy Əliyevi 55 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Balabəy bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz Azərbaycan Xalq Hərakatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizənin fəal nümayəndələrindən biri olmusunuz. Sonrakı mərhələdə Müsavat Partiyasının üzvü kimi ölkədə demokratik cəmiyyətin qurulması uğrunda gedən mübarizənin ön sıralarında olmusunuz.

Hazırda Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının özək sədri kimi partiyanın qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsində fəallıq göstərirsiniz. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz və təvəzökarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli Balabəy bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı və apardığınız şərəfli mübarizə yolunuzda uğurlar arzulayıram.”