Soçi razılaşması: YPG-yə verilən 150 saatlıq möhlət bu gün bitir

Prezident Recep Tayyip Erdoğanın rusiyalı həmkarı Vladimir Putinlə arasında Soçidə əldə etdiyi razılaşma çərçivəsində suriyalı kürd silahlı qüvvələri YPG-nin Türkiyə sərhədinin 30 km uzaqlığına çəkilməsi üçün verilən möhlət bu gün başa çatır.

Çərşənbə axşamı günü Türkiyə saatı ilə 18:00-da (Bakı vaxtı ilə 19:00) başa çatacaq müddətdən sonra Türkiyə-Suriya sərhədindəki 10 km miqyasındakı ərazidə Türk Silahlı Qüvvələri ilə Rusiya ordusuna aid qüvvələrin ortaq patrul fəaliyyətinə başlayacağı gözlənilir.

Ötən həftə patrul fəaliyyətində xidmət etmək üçün təxminən 300 rus hərbi polis Suriyaya göndərilib.

Çərşənbə axşamı günü Türkiyə saatı ilə 18:00-da (Bakı vaxtı ilə 19:00) başa çatacaq müddətdən sonra Türkiyə-Suriya sərhədindəki 10 km miqyasındakı ərazidə Türk Silahlı Qüvvələri ilə Rusiya ordusuna aid qüvvələrin ortaq patrul fəaliyyətinə başlayacaqları gözlənilir.Çərşənbə axşamı günü Türkiyə saatı ilə 18:00-da (Bakı vaxtı ilə 19:00) başa çatacaq müddətdən sonra Türkiyə-Suriya sərhədindəki 10 km miqyasındakı ərazidə Türk Silahlı Qüvvələri ilə Rusiya ordusuna aid qüvvələrin ortaq patrul fəaliyyətə başlayacaqları gözlənilir.

Recep Tayyip Erdoğan həftəsonu verdiyi açıqlamalarda 150 saatın sonunda YPG-nin sərhəddən 30 km cənuba çəkilməyəcəyi halda Türkiyənin əməliyyatlara fasilə verdiyi yerdən davam edəcəyini bildirib və “150 saatın sonunda bura terrorçulardan təmizlənməsə, bu işi biz öhdəmizə götürəcəyik və bütün təmizliyi biz aparacağıq” deyib.

Ötən həftə Rusiyadan verilən açıqlamalarda YPG-nin Soçi razılaşmasında qərar verilən bölgələrdən çəkilməyəcəyi halda türk ordusunun əməliyyatlara davam edəcəyi qeyd olunmuşdu.

Türkiyə Silahlı Qüvvələri Kobaniyə daxil olacaqmı?

Soçi razılaşmasında qeyd olunan 10 km məsafədəki türk-rus birgə patrul ərazisi çərçivəsinə Kobani şəhəri də daxildir.

Soçi razılaşmasında patrul fəaliyyətlərinin marşrutları, eləcə də yaşayış məntəqələrində tətbiq ediləcək yol xəritəsi açıqlanmayıb.

Ötən həftə Türkiyənin RTR kanalında çıxış edən Erdoğan Kobani məsələsində hələ yekun qərarın verilmədiyini qeyd edib və “Ayn el Arab-a (Kobani) amerikalılar daxil olmayın deyir. Ruslar da daxil olun deyir. Bizim belə bir vəziyyətimiz də var. Biz hadisələrin gedişatına görə qərarımızı verəcəyik” deyib.

BBC