BŞİH Müsavatın piketlə bağlı müraciətinə də “yox” dedi

Bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi piketlə bağlı müraciətinə mənfi cavab verib.

Meriya öz qadağasını ərazidə təhsil müəssisələrinin olması, piyadaların sıxlığı və nəqliyyatın hərəkətinin intensivliyi ilə əlaqələndirib.

Нет описания фото.

 

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsinə qərar verib.  Piketdə Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunması nəzərdə tutulur.

Müsavat Partiyasından əldə etdiyimiz məlumata görə, meriyanın qanunsuz qərarına rəğmən aksiya keçiriləcək.

Basta