Gülağa Aslanlı polisə çağırıldı

Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Binəqədi rayon Polis İdarəsinə çağırılıb. 

Bu haqda “Basta”ya o, özü məlumat verib: “Səhər zəng vurub dedilər ki, Binəqədi Polis İdarəsinə gəlməlisən. Saat 12-nin yarısında orada olacam”.

Gülağa Aslanlının Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi mitinqlə əlaqədar polisə çağırıldığı ehtimal olunur. Daha əvvəl Müsavat başqanının müşavirləri Cahangir Əmirxanlı, Azər İsmayıl, partiya fəalı Kərim Ağarza və digərləri polis şöbələrinə aparılaraq, mitinqlə əlaqədar sorğu-suala tutulublar.

 

Basta