Mübariz Mənsimovun Dəyirmi Masa haqda fikirlərinə münasibət bildirildi

Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalist İsmayıl Cəlilovun “Düz danışaq” proqramında çıxış edərkən, ona verilən suala cavab olaraq iş adamı Mübariz Mənsimovun müxalifət təmsilçilərinin Dəyirmi Masası haqda fikirlərinə münasibət bildirib. 

“Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun belə bir açıqlaması qarşıma çıxdı ki, mətbuatı izləyir və o, mətbuatdan öyrənib ki, Əli İnsanovla müxalifətin zirvə toplantısı keçirilib. Əslində müxalifətin hər hansı bir zirvə toplantısı yox, müxalifət liderlərinin, ictimai-siyasi xadimlərin iştirakı ilə Dəyirmi Masa keçirilib. Dəyirmi Masada hər kəs bərabər hüquqlu tərəf kimi iştirak edir.  Dəyirmi Masada əməkdaşlıq haqqında momerandum və daha iki vacib sənəd qəbul olundu. Ölkənin aparıcı siyasi qüvvələrinin avtoritarizmə qarşı bir araya gəlməsinin mümkünlüyü nümayiş etdirildi.
Burada Azərbaycanın gələcəyini düşünən heç kəsi, o cümlədən Mübariz Mənsimovu narahat edəcək heç nə yoxdur” – deyə, Arif Hacılı bildirib.

“Mən bu prosesə onun özünü də cəlb etmək barədə düşünürəm. Bəzi silahdaşlarımla da bu haqda müzakirələr aparmışam. Məncə Mübariz Mənsimovun müxalifətin Dəyirmi Masası haqda açıqlaması onun bu barədə məlumatsızlığı ilə bağlı olub” – deyə, Arif Hacılı əlavə edib.

Basta