Oktay Gülalıyevdən xəbər var: “Həkim deyirki, bunlar Azərbaycanda adama nə ediblərsə…”

Bu barədə öz facebook səhifəsində Oktay bəyin oğlu Əli Gülalı yazıb. Onun sözlərinə görə aasının səhhətində ümidverici heç nə yoxdur:

“Təəssüfki pis xəbər paylaşacam sizinlə! Dünən atam Oktay Gülalıyevi KT-dən keçirdilər və bu gün nəticələri dedilər. Həkimin dediyinə görə atamın beynində 3 hüceyrə təmamilə zədələnib. Bərpası mümkün olmayacaq. İndən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Komadan 6 ayamı çixacaq, 3 iləmi, heç kim deyə bilməz. Ancaq gözü ilə həyata baxacaq, başqa HEÇ NƏ. Həkim deyirki, bunlar Azərbaycan’da adama nə ediblərsə, nə VURUBLARSA, bu xəstəni bu günə salıblar. Atam bu ölkə üçün hər şeyi gözə aldı. Məni bıçaqladılar, şəxsimə qarşı saxta cinayət işi açdılar, özünü təhdid etdilər, vəzifə təklif etdilər, amma o mübarizəsini saxlamadı. Atam bu ölkə üçün, insan haqları üçün əlindən gələndən çoxunu etməyə çalışdı, maləsəf, artıq edə bilməyəcək. İndən sonra əzab içində, həyatla mübarizə aparacaq. Hamınızın qabağında, heç bir emosiyasız söz verirəm ki, atamı, stress ucabtından  əməliyyatdan təzə çıxan xəstə anamı bu vəziyyətə saldığına görə sifariş verən İlham Əliyev özü cavab verəcək. Söz verirəm! Heç kim unutmasın bunları, dostlar!”

Xatırladırıq ki, hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil qəzası keçirdikdən sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Azər İsmayıl, Bastainfo.com