Müsavat rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı – Video (Yenilənib)

*Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, eləcə də Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc KərimliRazim Əmiraslanlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar. 

Görüşdən sonra jurnalistin sualını cavablandıran Gülağa Aslanlı bildirib ki, burada onlara noyabrın 12-də paytaxtda hər hansı bir aksiya keçirəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib.

***

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, eləcə də Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc KərimliRazim Əmiraslanlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. 

Bu haqda “Basta”ya Səxavət Soltanlı məlumat verib.

“Zəng vurub dəvət ediblər. Sabah saat 11-də Bakı Şəhər Baş Polis İdarəsində olacayıq. Bu, Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi aksiya ilə bağlıdır” – deyə, Soltanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında “Sərbəst Toplaşmaq azadlığı təmin edilsin” şüarı altında aksiya keçirilməsi haqda qərar verib.

Bu gün onlarla müsavatçı rayon polis idarələrinə və polis bölmələrinə çağırılıb. Müsavat Partiyası bunu, polisin aksiya ərəfəsində Müsavat fəallarına qanunsuz təzyiqi kimi qiymətləndirib. 

 

Basta