Fransada yaşayan mühacirlər aksiya keçirib 

Dünən(9 noyabr)Fransada yaşayan mühacirlər aksiya keçirib. 

Aksiya iştirakçılarının “Basta”ya verdiyi məlumata görə Fransada yaşayan bir qrup mühacir Angers şəhərində Azərbaycan hakimiyyətinin apardığı siyasətə etiraz olaraq aksiya keçiriblər.

Aksiya Angers Şəhər Meriyasının qarşısında keçirilib. Etirazçılar “Azadlıq!”, “Diktaturaya son!”, “Siyasi məhbuslara azadlıq!” şüarları yazılan plakatlar qaldırıblar.

Aksiya iştirakçıları bildirir ki, onlar “12 Noyabr Konstitusiya Günü” ilə əlaqəli mitinq keçirəcək. Ümumiyyətlə may ayından etibarən mütəmadi aksiyalara başlayacaqlar.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar, gökyüzü ve açık hava

 

Könül Alı

Bastainfo.com