Müsavatın 12 noyabr aksiyasına Almaniyadakı mühacirlərdən dəstək – Video

Dünən, noyabrın 9-da  Almaniyanın Frankfurt şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüsü ilə aksiya keçirilib.

Müsavat AKM-dən “Basta”ya verilən məlumata görə, Müsavat Partiyasının 12 noyabr aksiyasına dəstək olaraq təşkil olunan yürüş-mitinqdə “Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilsin”, “Siyasi məhbuslara azdlıq” və digər tələblər irəli sürülüb,

Yüzə yaxın mühacirin iştirak etdiyi aksiya Müsavat AKM-in sədri İlham Həsən və digərləri çıxış ediblər. Miitinqdə Azərbaycanın və Müsavat Partiyasının bayraqları, siyasi məhbusların, o cümlədən Əfqan MuxtarlıTofiq Yaqublunun şəkilləri qaldırılıb, onların və bütün siyasi məhbusların azadlığı tələb edilib.

Aksiyanın videosu Azad TV vasitəsilə canlı olaraq yayımlanıb:

Basta