Əli İnsanov İlham Əliyevə od püskürdü: “Şüşə evdə yaşayan heç kimə daş atmaz!”

Son zamanlar baş verən siyasi proseslərin fonunda müxalifət liderləri, ictimai fəallara qarşı şər-böhtan kampaniyalarına növbəti dəfə start verilib. Müxalifətin Dəyirmi Masa arxasında funksional əməkdaşlıq barədə razılığa gəlməsi əks düşərgəni daha çox narahat etməyə başlayıb. Hakimiyyətə yaxın media qurumları və sosial şəbəkələrdə fəaliyyət göstərən troll şəbəkəsinin hədəflərindən biri də keçmiş səhiyyə naziri Əli İnsanovdur. Ötən günlərdə hakimiyyətyönlü tv-lərin birində onun əlehinə aparılan kampaniyaya eks nazir öz facebook səhifəsində cavab verib.

Ə. İnsanovun fikirlərini olduğu kimi oxucularımıza təqdim edirik:

“Müxalifətin birliyindən dəhşətli qorxuya düşən iqtidar adlandırılan rejim köhnə palan içini eşələməklə mənimlə müxalifət və xalq arasında ziddiyyət yaratmagı qarşısına məqsəd qoymuşdur.

Məni gah regionçuluqda,gah da karrupsiyada günahlandıran hakimiyyətin özünün bölgəçilik fəlsəfəsi dövlət siyasətinin tərkib hissəsi olmaq etibarı ilə müxtəlif regionlardan olan müxalifət liderlərinin arasında düşmənçilik toxumları səpərək onları bu yolla bir-birinə qarşı düşmənə çevirməkdən ibarətdir.
Rejimin rəhbərliyi ilə rüşvətxorluq, korrupsiya, inhisarçılıq ölkədə şəbəkələşmiş, iqtisadiyyatı məhv etmiş, nəticədə xalqı dilənçi vəziyyətinə salmışdır.

Dünən televiziyada mən həbs olunarkən evimdə axtarış zamanı çəkilmiş sujetlərə baxdım və təəccüb etdim. Əvvəla orada göstərilən əşyaların çoxu mənim evimdə heç vaxt olmayıb. Sonrada 14 il dəfələrlə rejim mənsublarının səsləndirdiyi və öz telekanallarında göstərdikləri qızıl kərpic-külçələri görmədim. Cünki 2005-ci ildə hələ nə Azərbaycan banklarında, nə də ləl-cəvahirət fondunda qızıl kərpic-külçələr yox idi, yoxsa başqa əşyalar kimi onuda gətirib mənim evimdə həmin sujetlərə salardılar.

Qeyd etməliyəm ki, o zaman mənim evimdə tərtib olunmuş və ailə üzvlərim tərəfindən də imzalanmış axtarış protokolunun bir hissəsi sonra yoxa çıxdı və dəfələrlə vəkillərim vəsatət qaldıraraq tələb etsələrdə tapılmadı və rejimin müxtəlif yalan və uydurmalar yaymagına şərait yaratdı. Bu gündə yalanlarla dolu 42-i cildlik saxta “cinayyət işində”protokolların yoxa çıxmış hissəsi yoxdur. Həmin bu “cinayyət işində” mənim İlham Əliyevə guya yazdıgım müraciyyət də yoxdur. Məntiqsiz şərləmədir. Ona görə ki, əgər mən belə bir rəsmi müraciət etmiş olsaydım deməli guya dövlət çevrilişinə cəhd etdiyimi etiraf etmiş olar və ömürlük həbsə məhkum edilmiş olardım. Bu fürsəti rejim heç cür əldən verməzdi. Mənə qarşı xalqda nifrət yaratmaq üçün artıq 14 ildir eyni yalanları tirajlamaqda davam edirlər. Çünki başqa arqument yoxdur, yeni şər-böhtana cəmiyyəti inandırmaq da çox çətindir. Narkotiklə şərləmə də çox ugursuz alındı və təsdiqini tapmadı.

Ailə-klan həkimiyyətinin yaratdıgı korrupsiya piramidasının zirvəsində dayanan İlham Əliyev heç kimi korrupsiyada ittiham etməyə mənəvi haqqı yoxdur.

Çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dünyanın bir nömrəli korrupsiyaner prezidenti adlanan İlham Əliyev indi bu adını kimə qoymaq istəyir?

Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi 16 iyun 1998-ci il tarixli məktubunda göstərib ki,mən 04.05.1998-ci ildə 8000000(səkkiz miliyon) manat, 02.06.1998-ci il tarixində132875534(yüz otuz iki miliyon səkkiz yüz yetmiş beş min beş yüz otuz dörd)manat vergi ödəmişəm(16 iyun 1998-ci il tarixli məktub əlavə olunur).

Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 aprel 2015-ci il tarixli məktubunda göstərib ki, mənim təkcə 2004-cü ildə gəlirlərim 250000(iki yüz əlli min) ABŞ dolları olub.1998-ci ildən həmin dövrə qədər mən İNSANOVİN dərmanı satışından əldə etdiyim gəlirdən 186414(yüz səksən altı min dörd yüz on dörd) ABŞ dolları vergi ödəmişəm(10 aprel 2015-ci il tarixli məktub əlavə olunur).

Həmin dövrdə Azərbaycan Respublikasında vergi gəliri 10% təşkil etdiyindən mənim təkcə İNSANOVİN dərmanımın satışından vergi ödədiyim rəsmi gəlirim 1864140(bir miliyon səkkiz yüz altmış dörd min yüz qırx)ABŞ dolları təşkil edib. Həmin dövrdə mən Azərbaycan Respublikasında gəlirimdən ən çox vergi ödəyən fiziki şəxs olmuşam.

Mən həbs olunarkən evimdə axtarış zamanı şəxsi arxivim qanunsuz götürülüb və sonra məhv edilib.
Möcüzə nəticəsində əlimizdə qalan cəmi bir neçə sənədə istinad edə bilirəm və təqdim edirəm.

Azərbaycanda mənim işimlə baglı keçirilən 120-yə yaxın Məhkəmələrin heç birində mənim xeyrimə olan bir qərar belə çıxarılmayıb. Ancaq bir Məhkəmə – Avropa İnsan Hüquqları Məhkəməsi mənə qarşı qondarma, saxta ittihamları, qərəzli istintaq işini və nəhayyət ədalətsiz Məhkəmələrin aparılmasını təsdiqləyib. Mənim azadlıga çıxmagımı Azərbaycan Hökümətinə tövsiyyə edib. Həmin Məhkəmə qərarında Avropa konvensiyasının 3-cü maddəsi də qəbul edilərək mənə işkəncələrin verilməsi faktı da təsdiqlənib, Azərbaycan Höküməti həm də cərimələnib, ancaq cərimə ödənilsə də qərar tam icra olunmayıb, mənim azadlıgım təmin edilməyib.

Mən İlham Əliyevə səslənirəm:

Mənəvi dəyərlərin itirildiyi, əxlaqi normaların gözlənilmədiyi, Allah xofunun unuduldugu yaratdıgınız sistemdə sən insanları həqiqi xoşbəxtliyə qovuşdura bilməzsən.

İlham Əliyev, əgər sizin yaratdıgınız siyasi sistem qadagalardan asılıdırsa, deməli sən çox ugursuz siyasi menedcersən, yəni çox ugursuz prezidentsən.

Belə bir siyasi sistemi qoruyub saxlamaq uçün istər-istəməz sən amansız diktatora çevrilməlisən.

Və sonda, İlham Əliyev: “Şüşə evdə yaşayan heç kimə daş atmaz!”

 

Azər İsmayıl, Basta