Konstitusiya günü müsavatçılar kütləvi şəkildə həbs olundular-YENİLƏNİR

Gün ərzində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı piketlə bağlı həbs olunanların ilkin siyahısı:

Arif Hacılı – Müsavat partiyasının Başqanı
Razim Əmiraslanlı – Müsavat başqanınınn müavini
Fərəc Kərimli – Müsavat başqanınınn müavini
Səxavət Soltanlı – Müsavat başqanınınn müavini
Mustafa Hacıbəyli – Müsavatın Divan üzvü
Könül Alı – Müsavatın Divan üzvü
Yusif Tağı – Müsavatın Divan üzvü
Elman Quliyev – Müsavat Gənclər Təşkilatının sədri
Zakir İsmayıl – Səbayıl rayon təşkilatının sədri
Elşad Israfil – Sumqayıt təşkilatının sədri
Qəzənfər Baxışov – Xətai rayon təşkilatının sədri
Qədim Soltan – Qaradağ rayon təşkilatının sədri
Zakir Məmmədzadə – Nizami rayon təşkilatının sədri
Sabit Hacıyev. – Binəqədi rayon təşkilatının sədri
Mərdan Mehdili – Müsavat başqanının müşaviri,
Azər İsmayıl – Müsavat başqanının müşaviri.
Dadaş Əhmədli – Müsavatın başqanının müşaviri
Əziz Məmiyev – Müsavat Gənclər təşkilatının sədr müavini
Qədir Nağıyev – Müsavat Gənclər Təşkilatının üzvü
Valeh Hümbətoğlu – Nərimanov təşkilatı
Kәrimxan Zeynalov – Müsavatın Məclis üzvü
Әrzulla Buludlu – Müsavatın Məclis üzvü
Yaşar Türk Azәr –
Nizamәli Suleymanov
Әhliyar Mәhәrrәmli
Raqif Kәrimli
Sәrxan Kәrimov
Vaqif Sәrxan Baxşaliyev
Ramiz Xəlil
Seymur Namazov
İsa Əliyev
Nazim Azadoğlu
Elnur Əskərov
Xanoğlan Ağazadə – Sabirabad təşkilatının sədri

_______________________________________________________________________________

 

Bu gün səhərdən  Müsavat Partiyası üzvləri ölkəboyu həbs edilir. Dünəndən isə Müsavat başqanının müavini Razim Əmiraslanlı yoxa çıxıb və onun haqqında heç bir məlumat yoxdur. Bu barədə Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində yazır:

“12 noyabr Konstitusiya Günü müsavatçıların kütləvi olaraq həbs xəbərləri ilə başladı.
Qəzənfər Baxışov, Mərdan MehdiliMustafa Hacıbəyli, Valeh Hummetoqlu, Qədim Soltan, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev saxlanılaraq polis idarələrinə aparılıblar.
Müsavat qərargahı mühasirədədir.
Oraya gələnlər həbs olunur.
Xanım işçilər sorğu-sual edilir.
Bütün hakimiyyət ayaq üstədir.
Konstitusiya Günü Konstitusiyanın 49-cu maddəsində göstərilən hüquqlarını tələb edənlər ölkə boyu təqib olunur.
Xalqa qalib gəlmək mümkün deyil. Xalq onsuz da öz hüquqlarının tanınmasına nail olacaq.
“İnsan haqlarının tərəfini tutanlar qalib gələcək” (M.Ə.Rəsulzadə).
Biz qalib gələcəyik!

Xatırladırıq ki, Müsavat Partiyası Bakı ş. İcra Hakimiyyətinə 10 noyabr 2019-cu il tarixdə mitinq keçirmək üçün müraciət etmişdi. Şəhər Administrasiyası heç bir əsas olmadan məktubda göstərilən yerlərdə deyil, Lökbatan qəsəbəsinin stadionunda mitinq keçirməyi tövsiyə etmişdi. Müsavat Partiyası bu cavabı qanunsuz hesab edərək etiraz əlaməti olaraq meriya qarşısında piket təyin etməsinə baxmayaraq meriya piketə də icazə vermir.

Müsavat Partiyası piketin istənilən halda keçiriləcəyini bildirir. Aksiya simvolik olaraq Konstitusiya günü – 12 noyabr saat 15:00-a təyin olunub.

Basta