Piket günü saxlanılanların siyahısı açıqlandı

Müsavat Partiyası noyabrın 12-də saxlanılan partiya üzvlərinin siyahısını açıqlayıb.

Partiyanın mətbuat xidmətindən bununla bağlı daxil olan məlumatda bildirilir ki, aksiyadan hələ 5 gün əvvəl Bakıda və regionlrarda Müsavat fəallarına qarşı təzyiq kampaniyası başlayıb. Ötən günlər ərzində 100-dən artıq müsavatçı polisə çağırılıb. Bəzi müsavatçılar evindən, yaxud iş yerlərindən polis idarələrinə və bölmələrinə aparılıb. Onlara aksiyada iştirak edəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xıbərdarlıq edilib.

Onlardan Müsavat başqanının müavini Razim Əmiraslanlıya 15 sutka inzibati həbs cəzası verilib.

Həmçinin bir sıra jurnalistlər polisə çağırılıb, onlara aksiya günü çəkiliş etməmək barədə qanunsuz göstəriş verilib. Piket günü bir sıra jurnalistlər, o cümlədən Pərvin AbışovNurlan Libre, Fatimə Mövlamlı, Könül Alı polis zorakılığı ilə üzləşiblər. 

Bilavasitə aksiya günü polisə aparılanların sayı isə, hələ tam olmayan siyahıya görə, 51 nəfərdir.

Siyahını təqdim edirik:

  1. Arif Hacılı – Müsavat Partiyasının Başqanı
  2. Fərəc Kərimli – Müsavat Partiyası başqanınınn müavini
  3. Səxavət Soltanlı – Müsavat Partiyası başqanınınn müavini
  4. Mustafa Hacıbəyli – Müsavat Partiyasının Divan üzvü
  5. Könül Alı – Müsavat Partiyasının Divan üzvü
  6. Yusif Tağı – Müsavat Partiyasının Divan üzvü
  7. Mərdan Mehdili – Müsavat Partiyası başqanının müşaviri
  8. Azər İsmayıl – Müsavat Partiyası başqanının müşaviri
  9. Dadaş Əhmədli – Müsavat Partiyası başqanının müşaviri
  10. Elman Həsənli – Müsavat Partiyası başqanının müşaviri
  11. Elman Quliyev – Müsavat Partiyası Gənclər Təşkilatının sədri
  12. Əziz Məmiyev – Müsavat Partiyası Gənclər təşkilatının sədr müavini
  13. Qədir Nağıyev – Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
  14. Sabit Hacıyev – Binəqədi rayon təşkilatının sədri
  15. Zakir İsmayıl – Səbail rayon təşkilatının sədri
  16. Namik Niftiyev – Nərimanov rayon təşkilatının sədri
  17. Gülməmməd Abdullazadə – Sabunçu rayon təşkilatının sədri
  18. Qəzənfər Baxışov – Xətai rayon təşkilatının sədri
  19. Qədim Soltan – Qaradağ rayon təşkilatının sədri
  20. Afər Şirvanlı – Nəsimi rayon təşkilatının sədri
  21. Zakir Məmmədzadə – Nizami rayon təşkilatının sədri
  22. Niyaz Nəsir – Xəzər rayon təşkilatının sədri
  23. Raqif Kәrimli – Laçın  rayon təşkilatının sədri
  24. Nazim Azadoğlu – Qubadlı rayon təşkilatının sədri
  25. Elşad Israfil – Sumqayıt şəhər təşkilatının sədri
  26. Xanoğlan Ağazadə – Sabirabad rayon təşkilatının sədri
  27. Zaidağa Səmədov – Hacıqabul rayon təşkilatının sədri
  28. Əflatun Muradov – Şamaxı rayon təşkilatının sədri
  29. Kәrimxan Zeynalov – Müsavat Partiyasının Məclis üzvü
  30. Әrzulla Buludlu – Müsavat Partiyasının Məclis üzvü
  31. Cahangir İsmayılbəyli – Binəqədi rayon təşkilatının üzvü
  32. Valeh Hümmətoğlu – Nərimanov təşkilatının üzvü
  33. Radim Abdullayev – Nərimanov rayon təşkilatının üzvü
  34. Cəfər Rzayev – Nərimanov rayon təşkilatının üzvü
  35. Ələfsər Manaflı – Nərimanov rayon təşkilatının üzvü
  36. Elnur Həsənov – Nərimanov rayon təşkilatının üzvü
  37. İntiqam Tanrıverdiyev – Nərimanov rayon təşkilatının üzvü
  38. Elnur Əskərov – Sabunçu rayon təşkilatının üzvü
  39. Yaşar Türk Azәr – Sabunçu rayon təşkilatının üzvü
  40. Raci Muradov – Sabunçu rayon təşkilatının üzvü
  41. Yusif Tahirli – Sabunçu rayon təşkilatının üzvü
  42. Nizamәli Suleymanov – Suraxanı rayon təşkilatının üzvü
  43. Ruhid Abdullayev –  Suraxanı rayon təşkilatının  üzvü
  44. Əli Həsənov – Nizami rayon təşkilatının üzvü
  45. Habil Nəsirov – Xəzər rayon təşkilatını üzvü
  46. Səməd – Yasamal rayon təşkilatının üzvü
  47. Seymur Namazov – Abşeron rayon təşkilatının üzvü
  48. Әhliyar Mәhәrrәmli – Cəbrayıl rayon təşkilatının üzvü
  49. Ramiz Xəlil – Laçın rayon təşkilatının üzvü
  50. Vaqif Baxşaliyev – Laçın rayon təşkilatının üzvü
  51. İsa Alıyev – Qubadlı rayon təşkilatının üzvü

 

Qeyd edək ki, 12 noyabr aksiyasında Azərbaycanda Sərbəst toplaşmaq hüququnun təmin olunması tələb edilib. 

Aksiyanın qətnaməsini təqdim edirik:

“Əliyev hakimiyyəti Azərbaycanda fundamental insan hüquqlarını, o cümlədən sərbəst toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdırmaqdadır.

Respublikada, xüsusilə də Bakıda mitinq və nümayişlərin keçirilməsinə faktiki qadağa qoyulub.

Hakimiyyət bu özbaşınalığı ilə ölkədə gərginliyin artmasına, polislə vətəndaşlar arasında qarşıdurmanın yaranmasına rəvac verib.  Bunun nəticəsi olaraq oktyabrın 19-da, Bakı şəhərinin mərkəzində demokratiya və azadlıqlar tələbi ilə keçirilən aksiya zorakılıqla dağıdılıb, iştirakçılara və təşkilatçılara qarşı adekvat olmayan güc tədbiq edilib. Çoxlu sayda insan həbs edilib və polis zorakılığı ilə üzləşib. Bəzi aksiya iştirakçıları saxlanıldıqdan sonra işgəncələrə məruz qoyulub. Hakimiyyətin işgəncələrə və qeyri-insani rəfdara rəvac verməsi xüsusi hiddət doğurur və bağışlanılmazdır.

Biz, noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən etiraz aksiyasının  iştirakçıları Azərbaycanda dinc mitinq və nümayişlərin dağıdılmasını qətiyyətlə pisləyir, aksiya iştirakçılarına qarşı zorakılığa yol vermiş polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik. Biz 19 oktyabr nümayişində həbs olunanların və Azərbaycandakı bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını, Azərbaycanda fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşma azadlığının təmin olunmasını tələb edirik”.

 

Basta