Europol dünən Almaniyada əməliyyat keçirib – PRESS RELİZ

13 Noyabrda Alman və Rumın polisi Europol dəstəyi ilə Qərbi Avropaya yük maşınları ilə miqrant daşıyan dəstəyə qarşı əməliyyatı sonlandırıb. İki il davam edən və Europolun dəstəklədiyi əməliyyatda, Britaniya, Macarıstan, Avstriya polisi və AB-nin müvafiq organı iştirak edib.

Əməliyyatın son bölümündə Rumın polisi 8 ev axtarışı zamanı 4 nəfər şübhəlini saxlayıb. Alman polisi 5 axtarış edib.

Əməliyyat 2018də Alman polisi tərəfindən yük maşınları ilə İran, İraq və Suriyalı mühacirlərin Macarıstan və Çexiyadan Almaniyaya girişinin artmasından sonra başladılıb. Əməliyyat zamanı mühacirlərin Rumıniyanın Timişoara şəhərinə, ordan da Almaniyaya yük maşınları vasitəsilə aparıldığı aşkarlanıb. Əməliyyat zamanı 36 şübhəlinin təxminən 580 mühacirin gəlişindən 2 milyon avro dəyərində qazanc əldə etdiyi ortaya çıxıb.

Əməliyyatın son nəticələrinə görə polis İran, İraq və Suriyadan gələn 580 mühacirin kimliyini aydınlaşdırıb.Almaniya, Yunanıstan və Britaniya olmaq üzrə kriminal qrupun 3 ismi həbs edilib.
36 şübhəlidən 10u (yük maşını sürücüləri və dəstəkçilər) həbs edilib. 4 sürücü Çexiyada, biri Macarıstanda həbs edilib.

Europol 2018-ci ildən etibarən Timişoara və Almaniyada əməliyyata texniki dəstək verib. Europol dəstəkli toplantıda müəyyən edilən 3 qrup başçısının hər biri dünənki əməliyyat sonrası həbs edilib və qrup beləkilə tamamilə zərərsizləşdirilib.

14 Noyabr 2019

Məlumatın orjinal mətninə buradan bax

 

Bastainfo.com