“Alçaqların sevincini görmək iyrəncdir”

Çingiz Sultansoy

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Almaniya polisi bir qrup Ukrayna və Azərbaycan mühacirini saxlayıb. Sonuncular Azərbaycandan Almaniyaya miqrantların qazanc məqsədilə daşınmasında, saxta sənəd düzəldilməsində və s. şübhəli bilinirlər. Bu barədə “Spiegel” məlumat verib. Ad çəkmədən.

Adları yayan Azərbaycanın müstəqil mənbələridir. Adları çəkilənlərdən birinin oğlu atasının tutulduğunu təsdiqləyib, o müxalifətdən deyil. Adlar dəqiqdirsə, saxlanılanlar arasında iki nəfəri tanıyıram. Birini Bakıdan, onun müxalifətlə əlaqəsi yoxdur, həmişə hakimiyyət üçün çalışıb, yüksək vəzifələrdə olub. Başqa birisi ilə burada tanış olmuşam, müxalifətçidir. Ona zəng etdim, telefonu cavab vermədi. Araşdıracam. Azərbaycanda hüquq-mühafizədə çalışan İki adam adı çəkilir. Ona görə burada mühacir olublar ki, Azərbaycanda konkret cinayət əməllərində ittiham olunurdular, Almaniyanın miqrasiya xidməti isə belə qənaətə gəlib ki, həqiqət uğrunda mübarizə apardıqları üçün onlara iş açılıb-toxuyublar. Hökumət və hökumətyönlü trolllar, fəallar və media artıq müxalifəti bütün mümkün ölümcül günahlarda ittiham edir, vay-şıvən qoparıblar. Söyüşün biri bir qəpiyə. Unudulur ki, həbs hələ günahın sübutu deyil, amma hökumətimiz üçün hər şey sübut edilib və ən ağır hökm da verilib. Onlar tutulub ittiham olunan hər kəsi, hətta özününküləri də müxalifətçi kimi təqdim edirl- əsas odur ki, tutulublar, ittiham olunurlar. Bu iyrəncdir, amma hər şey aydındı. Həmişə olduğu kimi yalan-böhtan. Mən haqqın tərəfdarıyam. Cinayət edibsə müxalifətçi də cəza almalıdır. Alacaq da. Mənəvi məsuliyyət də öz yerində.

Amma pul müqabilində hər şeyə hazır olan, ölümdən tutmuş çoxmilyardlıq büdcə oğurluğuna qədər cinayətlərə bulaşmış, 20 il sübutsuz ittihamlar yağdırmış “haqq-ədalət” adııyla şivən qoparan böhtançı, əclaf və alçaqların, müxalifətdə hansısa kriminal tapdıqlarına görə bu səmimi sevincini görmək xüsusilə iyrəncdir.

Basta