Almaniyada qanunsuz miqrantlara qarşı polisin əməliyyatları barədə bizim ictimai çevrələrdə əsassız mülahizələr səslənir

Anar Məmmədli yazır….

 

Almaniyada qanunsuz miqrantlara qarşı polisin əməliyyatları barədə bizim ictimai çevrələrdə əsassız mülahizələr səslənir.
1) Bu cür əməliyyatlar qanunsuz miqrantlara qarşı vaxtaşırı təşkil edilir və hədəf heç də azərbaycanlı miqrantlar deyil.
2) Əməliyyat federal hökümətin verdiyi siyasi qərar deyil, istintaq orqanları vaxtaşırı bu cür hallarla bağlı məhkəmələrə müraciət edib, axtarışlar aparır. Məhkəməyə federal hökümətin müdaxiləsini iddia etmək gülüncdür.
3) Prosesə 510 polis cəlb edilib, 6 federal əyalət üzrə 38 obyektdə (13 obyekt azərbaycanlılara məxsusdu) axtarış aparılıb
4) Azərbaycanlı mühacirlərdən iki nəfər barəsində 6 aylıq həbs qətiimkan tədbir seçildiyi bildirilir. Bu isə Almaniya kimi hüquq sistemlərində həmin şəxslərin ağır cinayətdə ittiham olunmasından xəbər verir.
5) AKM adlı quruma qarşı açıq və aydın ittiham yoxdur. Adı çəkilən şəxslərin Müsavat partiyası ilə əlaqəsi təkzib olunmasa da, bunu partiyaya bağlayan ittiham yoxdur.

 

Bastainfo.com