Əli İnsanov sərt yazdı: “İlham Əliyev, güzgüyə bax”

Azərbaycanda neftdən tutmuş super marketlərə qədər İlham Əliyevin mülkiyyətindədir.Yəni hakim ailəyə məxsusdur.

5 noyabr 2019-cu ildə müxalifətin Müsavat Partiyasının qərargahında bir araya gəlməsindən dərhal sonra hakim rejimin tabeçiliyində olan bütün mətbuat vasitələri çox iyrənc formada mənə qarşı qara piyar kampaniyasına start verib. Bu TV kanallardan birində keçən gün guya mənim özəlləşdirdiyim obyektlər barədə nagıllar danışılırdı.

Əvvəlcə qeyd edim ki,1996-cı ildə prezidentin xüsusi sərancamı ilə ölkədəki bütün əmlak, o cümlədən də Səhiyyə Nazirliyinə aid olan binalar,torpaq sahələri,texnika,avadanlıq əmlak komitəsinin tabeliyinə keçirildi və Nazirlər Kabinetinin təsdiq etdiyi tarif qaydası ilə özəlləşmə prosesi başladı.Yəni mənim nazir işlədiyim dövürdə özəlləşmə prosesində heç bir iştirakım və əlaqəm olmayıb.

Mənim məhkəmələrimə vəkillərimin təkidi ilə dəvət olunmuş əmlak komitəsinin məsul işçiləri və hüquqşunası da bu fikri Məhkəmədə təsdiq etdilər.

Vəkillərim onlara aşagıdakı sual verdilər:

1) Əmlakın özəlləşdirilməsi üçün təqdim olunacaq sənədlər sırasında Səhiyyə Nazirliyində tələb olunan sənəd varmı?

2) Əli İnsanov səhiyyə obyektlərinin özəlləşdirməsi ilə bağlı Əmlak Komitəsinin məsul işçilərinə hər hansı formada tələb,təzyiq edibmi?

Onlar cavab verdilər ki,özəlləşdirmə prosesi prezidentin sərancamı ilə Əmlak Komitəsinə həvalə olunub və bunun üçün hər hansı nazirlikdən,o cümlədən də Səhiyyə Nazirliyindən razılıq məktubu və ya hər hansı başqa sənəd tələb olunmur.

Keçmiş Səhiyyə Naziri Əli İnsanov tərəfindən Əmlak Komitəsi işçilərinə heç bir formada tələb və təzyiq edilməyib.

Deməliyəm ki, mənim yaşadıgım evimdən,bag evimdən və bir ədəd avtomobilinmdən başqa heç bir əmlakım olmayıb.Bunların da dəyərini qonararımla bank hesabıma toplanmış şəxsi vəsaiqtimdən rəsmi sürətdə ödəmişəm.

O dövrdə səhiyyə sahəsində 60-a yaxın obyekt özəlləşdirilmişdir. Bunların 30-a yaxını müxtəlif vətəndaşlar tərəfindən özəlləşdirilmiş bir və ya bir neçə yararsız hala düşmüş otaq və yaxud torpaq sahəsindən ibarət olmuşdur.Bu vətəndaşlar arasında bir neçə nəfər mənə yaxın vətəndaşda olub və başqa vətəndaşlar kimi, ümumi qaydalarla heç bir güzəşt olmadan,əmlakın qiymətini aşagı salınmasına yol vermədən özəlləşdirmə prosesində iştirak ediblər.Bu barədə Maliyyə Nazirliyinin yoxlama komissiyasının arayışı mənimlə baglı aparılan istintaqa və Məhkəməyə də təqdim edilib.

Ancaq çox təəsüf ki,mənim vəkillərimlə birlikdə verdiyimiz çox saylı vəsatətlərimizə baxılmayıb,30-a yaxın digər çox böyük səhiyyə obyektlərinin necə və kimlər tərəfindən özəlləşdirilməsi barədə məsələnin müzakirəyə çıxarılmasına imkan verilmədi.
Ona görə ki, bu böyük obyektlər hamısı hakim ailə tərəfindən çox gobud qanun pozuntuları ilə özəlləşdirilmişdir.

Bunlardan bir neçəsini göstərmək istəyirəm:

1) Səməd Vurgun küçəsində Tibb Universitetinin tələbələrinin 3 hektar torpaq sahəsi olan tələbələr üçün tədris mərkəzi zəbt edildi və yerində Heydər Əliyev adına müasir təhsil kompleksi yaradıldı.Milyonlarla dəyəri olan bu obyekti özəlləşdirmək üçün büdcəyə çox simvolik bir vəsait(altı min manat) ödənildi.
Biz həmin yerdə tələbələr üçün ödənişli təhsil hesabına Tədris Diaqnostika Mərkəzi yaratmaq fikrində idik.Həmin sahədə biz artıq tikinti işlərinə başlamışdıq və tikiləcək Tədris Diaqnostik Mərkəzi barədə də böyük löhvə vurulmuşdur.Bir gün mən məlumat aldım ki,kimlərsə vurdugumuz lövhəni və başladıgımız tikintini bulduzerlə dagıdıb və Tibb Universitetinə obyektin özəlləşdirilməsi barədə sənəd gətiriblər.Bizim xahiş və müraciyyətlərimiz heç bir nəticə vermədi və Tibb Universitetinin tələbələrinin tədris prosesinə böyük zərbə vurulmuş oldu.

2) Musa Nagıyev adına xəstəxananın ətrafında vaxtı ilə Musa Nagıyev xüsusi torpaq gətirərək saldıgı alma bagının 2 hektar sahəsinin prezident İlham Əliyevin xalası oglu,Milli Anikalogiya Mərkızinin direktoru Cəmil Əliyev qanunsuz zəbt edərək və çox böyük qiymətə hündür yaşayış binası tikmək məqsədilə sahibkara satmışdır.

3) Nərimanov rayonu ərazisində Tibb Universitetinin Mərhəmət klinakasının 8000(səkkiz min) kv.m yaşayış sahəsi olan 6 mərtəbəli dəyərindən qat-qat aşagı qiymətə prezident İlham Əliyevin əmisi Aqil Əliyev özəlləşdirmişdir.

4) Tbilisi prospektində yerləşən,tikintisi və müasir tibb avadanlıqları 10000000 (on milyon) ABŞ dollar dəyəri olan,səhiyyə sistemində ən vacib müəsisələrdən biri olan Diaqnostika Mərkəzini dəyərindən 20-30 dəfə ucuz qiymətə hakim ailə özəlləşdirmişdir.Qeyd etməliyəm ki,orada fəaliyyət göstərən bir neçə kafedra və ümumilikdə 400-ə yaxın işçi çölə atılmışdır.

5) Respublikanın ən populyar və müasir tibb mərkəzlərindən biri və tanınmış mütəxəsisləri ilə seçilən,uzun illər əhalinin sağlamlığında xüsusi xidməti olmuş və buna görə də dəfələrlə mükafatlandırılmış Respublika Stomatoloji poliklinikası, orada fəaliyyət göstərən kafedralarla birlikdə dagıdıldı və əlavə olaraq Respublika Klinik Xəstəxanasının ərazisindən 0,5 hektar da zəbt olunaraq çox ucuz qiymətə prezident İlham Əliyevin yaxın qohumu tərəfindən özəlləşdirildi.Beləliklə də bu xidmət sahəsinə böyük zərbə vuruldu.

6) Zağulbada Səhiyyə Nazirliyinin 4-cü idarəsinin 50 hektarlıq torpaq sahəsi və çox saylı yeni binaları olan sanatoriyası prezident İlham Əliyevin yaxın qohumları tərəfindən çox ucuz qiymətə özəlləşdirildi.Qeyd etməliyəm ki, Xəzərin mənzərəli sahilində yerləşən,yaşıllıqlara qərq olunmuş sanatoriyanın torpaq sahəsinin hər sotu 30000(otuz min)ABŞ dolları dəyərində idi.

7) Yasamal rayonunda Taun Əleyhinə Stansiyanın ərazisinin böyük hissəsi hakim ailə tərəfindən özəlləşdirilərək altı villa tikildi.

8) Azadlıq prospektində ümumi sahəsi 1 hektardan yuxarı olan Bakı Şəhəri Onkoloji Dispanseri hakim ailə tərəfindən çox ucuz özəlləşdirildi.Yerində böyük müasir özəl klinika tikildi.

9) Vaxtılə Türkiyə ilə birlikdə yaratdıgımız və mənim həbsimdən əvvəl Dövlət büdcəsinə ödədiyi vergini 2000000(iki milyon)ABŞ dollarına qədər çatdıra bildiyimiz Mərkəzi Klinik Xəstəxana prezident İlham Əliyevin xalası oglu Cəmil Əliyevin sərancamına verildi və Dövlətə böyük vergi ödəməmək üçün klinikanın hər bir şöbəsi üçün ayrıca firma təsis olundu.Beləliklə də böyük və müasir klinika Dövlət büdcəsinə böyük vergilərdən yayındırıldı və gəlirləri mənimsəməyə başladılar.

Qeyd eməliyəm ki,mənim həbs olunduğum 2005-ci ilə qədər Azərbaycanda bütün sahələr üzrə 50000-ə(əlli min) yaxın özəlləşdirmə oldu.

Səhiyyə sahəsində aptekləri çıxmaqla həmin dövrdə cəmi 60-a yaxın özəlləşdirmə olduğunu nəzərə alsaq və mənim də nazir kimi özəlləşdirmədə heç bir iştirakım olmadan təkrarən qeyd etsək,mənim barəmdə özəlləşmə ilə danışılan böhtan dolu nağılların cəfəngiyyat olduğu tam aydın olur.

Acı həqiqət olaraq qeyd etməliyəm ki,o dövrdə 50000-ə(əlli min) yaxın özəlləşmədən Dövlət büdcəsinə cəmi 500000000(beş yüz milon) vəsait daxil olmuşdur ki,bu da cəmi bir neçə zavod və fabriklərin qiyməti idi.

Tək özəlləşmədən milyardlarla vəsaitin talan edilib oğurlanması Azərbaycanda bütöv bir xalqın yoxsulluğun son həddində,yəni dilənçi vəziyyətində olmasının əsas və başlıca səbəblərindən biri olduğunu sübut edir.

 

Yazı Əli İnsanovun feysbuk səhifəsindən götürülüb.

Basta