Amnesty International: İranda 106 etirazçı öldürülüb

Beynəlxalq Amnesty International hüquq-mudafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyünü bildirib.

Təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb. Amnesty International hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə 200 nəfərin öldüyü ehtimal olunur.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, video görüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından və gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü göstərir.

Rəsmilər dərhal bu qəddar və ölümcül basqıları dayandırmalı və insan həyatına hörmət göstərməlidir.
Filip Luter

Amnesty International tərəfindən araşdırılmış video görüntülərdə snayperlərin insan kütlələrinə damlardan və bir halda helikopterdən atış açıldığı göstərilir.

Təşkilat İran hakimiyyətini vətəndaşların dinc toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə və İnternet xidmətinin dayandılırlmasına qəti şəkildə son qoymağa çağırıb.

“Rəsmilər dərhal bu qəddar və ölümcül basqıları dayandırmalı və insan həyatına hörmət göstərməlidir” -deyə, Amnesty İnternational təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter bildirib.

“Etirazçıların az bir qismi zorakılığa əl atsa da, polis həmişə təmkinli olmalı və üzləşdikləri zorakılığa cavab olaraq mütləq, mütənasib və qanuni olduğundan artıq güc tətbiq etməməlidir. Bir neçə şəxs tərəfindən zorakılıq geniş yayılmış düşüncəsiz reaksiya verməyə əsas vermir” – Filip Luter bildirib.

İranın Ali dini rəhbəri Aytullah Əli Xameneyi də daxil olmaqla, yüksək səviyyəli rəsmilər açıqladıqları bəyanatlarda etirazçıları “yaramaz” adlandırıb və təhlükəsizlik qüvvələrinə nümayişləri dağıtmaq üçün yaşıl işıq veriblər.

 

Amerikanın Səsi