Ermənistan parlamenti minimum əmək haqqını qaldırıb

“İşləyən insan istehlak səbətinin minimum səviyyəsindən aşağıda yaşamamalıdır”

Ermənistan parlamenti çərşənbə axşamı hökumətin ölkədə minimum əmək haqqının 23 faizdən çox artırılması təklifini dəstəkləyib, – “Azatutyun” xəbər verir.

Hökumət iyun ayında artım planlarını açıqlamışdı. Qanun layihəsi minimum aylıq əmək haqqını 55 min dramdan 68 min drama (143 dollar) qaldıracaq.

Milli Məclis qanun layihəsini yekdilliklə qəbul edib.

Müxalifətçi Parlaq Ermənistan Partiyasının millət vəkili Arkadiy Xaçatrian hökumətin yoxsulluğu azaldacağına dair vədlərini təsdiqləyib.

“İşləyən insan istehlak səbətinin minimum səviyyəsindən aşağıda yaşamamalıdır”, – o deyib.

Hökumət rəsmilərinin bildirdiyinə görə, yanvarın 1-dən etibarən tətbiq olunan qanun layihəsi ayda 55.000 dram qazanan ən az 80.000 işçiyə xidmət edəcək. Onların əksəriyyəti özəl firmalarda çalışır.

Rəsmi statistikaya görə, hazırda Ermənistanda orta aylıq əmək haqqı 178 min dram (375 dollar) səviyyəsindədir.

Parlament tərəfindən təsdiqlənən qanun bu günə qədər qeyd edilən minimum əmək haqqının ən kəskin artımını nəzərdə tutur.

Hazırkı hökumət pensiyaların 10 faiz artımını da planlaşdırır.

 

Meydan Tv