Gülalıyev İstanbulun “Amerika Xəstəxanası”na köçürülüb

Noyabrın 19-da günün ikinci yarısında komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulun “Amerika Xəstəxanası”na köçürülüb. Bu barədə hüquq müdafiəçisnin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu klinikada 20 günlük müalicə xərcini ödəyib.