Müsavat AKM bəyanat verdi

Müsavat Avropa Koordinsiya Mərkəzi təşkilatın ünvanına irəli sürülən ittihamlarla əlaqədar bəyanat yayıb.

“Basta”ya təqdim olunan sənəddə deyilir:

“Müsavat Avropa Koordinasiya Mərkəzi yarandığı, hədəflərini elan edib fəaliyyətə başladığı 2016-ci ildən bu günə qədər hər zaman təyziqlər, şantajlar və böhtanlarla üzləşib. Əvvəl bu təyziq, şantaj və böhtan kampaniyası təşkilatın yaranma anonsundan narahat olan qüvvələrin quruma üzv etdirə bildikləri xüsusi şəxslər tərəfindən aparılsa da, həmin şəxslər tez zamanda aşkara çıxarıldı və təşkilatdan uzaqlaşdırıldı. Sonradan həmin qüvvələrə yardım üçün əlavə qüvvələr də qoşuldu. Azərbaycan cəmiyyəti artıq 2017-ci ilin ortalarından demək olar ki, hər gün bu böhtanlarla iddia olaraq rastlaşsa da, bu günə qədər bircə fakt ortaya qoyulmayıb. Böhtan kampaniyası son günlər demək olar ki, pik nöqtəsinə catıb. Hamınıza məlumdur ki, Almaniyada polis bir əməliyyat kecirib və bu əməliyyat zamanı iki nəfər saxlanılıb və bu saxlanılanlardan biri Müsavat AKM-in üzvü olan Mehdi Xəlilbəylidir.

Mehdi Xəlilbəylinin bir zamanlar birlikdə calışdığı və barəsində cinayət işi acılmış Rəşad Məmmədovun şikayəti əsasında saxlanması artıq hamıya məlumdur. İlk günlər bu saxlanma sənədini rəngləyərək sosial şəbəkələrdə “Musavatçıların insan qacaqmalçılığı, mühacir alveri ilə bağlı Alman məhkəməsinin qərarı” “Bizim dediklərimizi Alman məhkəməsi subut etdi” deyə haray salanlar, o sənədlərin əsli tərəfimizdən aşkar edildikdən sonra artıq etiraf edirlərki, bu əyalət məhkəməsinin cinayət işinin araşdırilması üçün polisə verdiyi icazə ilə baglı qərardır. Əlavə olaraq onu deyə bilərik ki, həm Alman Miqrasiya idarəsindən mənfi cavab aldığı, həm də Alman Polis tərəfindən barəsində cinayət işi açılmış Rəşad Məmmədovun həbs olunaraq Azərbaycana deport olunma qərarı cıxdıqdan sonra kimlərsə onu başa salıb ki, əgər polislə əməkdaşlıq edərsə, cəzası yüngül olar. Bu məqsədlə də Rəşad Məmmədov Mehdi Xəlilbəyliyə qarşı ifadə verib. Rəşad Məmmədovun etirafına görə, bu zaman Musavat AKM əleyhinə də guya faktlarla sübut olunan ifadələr verib. Əminik ki, bu məsələdə aldadıldığını Rəşad Məmmədov artıq başa düşüb. Çünki, Rəşad Məmmədovu böhtanla dolu ifadə verməyə təhrik edənlər, onu inandırıblar ki, faktlar var və verəcəyik, təqdim edərsən.

Musavat AKM olaraq araşdırmalardan sonra bizə məlum olan budur ki, Mehdi Xəlilbəyli haqqında hələlik sübut olunan fakt yük daşınmalarından gələn gəlirləri gizlətmək və vergidən yayınmaqdır. Bu hallar isə bütün Avropada cox böyuk cinayət hesab olunur və ağır cəzası var. Bundan əlavə olaraq göstərilən iddialarla bağlı Mehdi Xəlilbəylinin yaxud başqa bir Müsavat AKM üzvünün hansısa cinayət əməli sübut olunarsa, qanun qarşısında cavabını da verəcək.

Musavat Avropa Koordinasiya Mərkəzi olaraq bəyan edirik ki, bizim bütün fəaliyyətimiz Avropa qanunlarına uyğun olub, heç bir zaman heç bir qanun pozuntusu etməmişik. Nə Müsavat Partiyası adına, nə də Müsavat AKM adına utanc gətirəcək hec bir fəaliyyətimiz olmayib. Hədəfimiz Azərbaycanda demokratik bir mühitin yaranmasına yardımcı olmaqdır və bu yöndə də davam edəcəyik. Əminliklə bildiririk ki, haqqımızda uydurulan böhtanlar, şantajlar hamısı yalandır və Alman məhkəmələrinin araşdırmaları sonu bu bir daha aydın olacaq və bu aydınlıqda o böhtanlar qartopu kimi əriyib gedəcək.

 

19.11.2019

Müsavat Avropa Koordinasiya Mərkəzi”