“İlham Əliyevin ittihamlarından Azərbaycana qarşı istifadə olunacaq”

Müsavat başqanı Arif Hacılı ölkə başçısı İlham Əliyevin ötən gün Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxışa münasibət bildirib. O, bildirib ki, İlham Əliyevin Qarabağın işğalına görə AXCP-Müsavat hakimiyyətini günahlandırması gələcəkdə düşmənlər tərəfindən Azərbaycana qarşı istifadə olunacaq. 

“Paşinyan Ayaz Mütəllibovun o zaman siyasi maraqları naminə “Nezavisimaya qazeta”ya verdiyi müsahibəsindən sitat gətirir. 
Xocalı soyqırımının səbəbkarı AXC, Mütəllibovun opponentləri imiş. Yəni Xocalı soyqırımında Azərbaycan xalqının günahkar olduğunu prezidentiniz etiraf edib-deyir. İndi İlham Əliyev Elçibəy hökumətini, bu hökumətin nümayəndələrini, öz opponentlərini olmazın əməllərdə günahlandırır. Zamanında bu ittihamlardan da sitat kimi Azərbaycana qarşı istifadə olunacaq. Səriştəniz, dövlətçiliyimiz budurmu?” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Basta