Müdafiə Nazirliyi polkovnikin ittihamlarına reaksiya vermir

Azərbaycan SQ polkovniki Qəhrəman Mənsimzadə dövlət başçısına müraciət edərək Müdafiə Nazirliyində ciddi hüquq pozuntularının olduğunu bildirib və  qayda-qanun yaratmağa çağırıb. Bu barədə o, prezident İlham Əliyevə videomüraciətində bildirib. Videomüraciət noyabrın 20-də Youtube-da yerləşdirilib.

Polkovnik bəzi baş zabitləri, o cümədən Baş Qərargah rəisini və nazirin özünü maliyyə və digər pozuntularda, korrupsiya və tabelikdə olan işçilərin hüquqlarının pozulmasında ittiham edib.

O həmçinin xarici dövlətlərlə əməkdaşlıq edən bəzi zabitlərə qarşı ittihamlar səsləndirib.

Bu videomüraciətdən bir sutka keçsə də Müdafiə Nazirliyi şərh verməyib. Nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmaq mümkün deyil. Hərbi Prokurorluq da susur. -02D-


Prezidente muracietim. 1-ci hisse. Cesusluq ve ozbasinaliq

Prezidente muracietim. 2-ci hisse. Herbi tehsilimizde korrupsiya

Turan