“Bakcell” şirkəti Vodafone Ukrainanı aldı

“Ukraina 24” xəbər portalı “Bakcell”in Vodafone Ukrainanı alması barədə məlumat yayıb. 

100% aksiyalara sahib olan Rusiyanın MTS kompaniyası Ukrainanın bu operatorunu “Balcell”ə 734 milyon dollara satıb. MTS rəhbərliyi bildirib ki, alqı-satqı amili heç cürə operatorun işinə və keyfiyyətinə təsir etməyəcək.

Epravda.com.ua saytının məlumatına görə Ukraynanın Antimonopoliya komiteti müəyyən araşdırmalardan sonra “Bakcell2 şirkətinə “Vodafone” operatorunu almağa icazə verib. Sayt həmçinin qeyd edir ki, “Bakcell” Azərbaycanda aparıcı mobil internet provayderidir.  Azərbaycan hökumətin və İzrailin GTİB kampaniyasının müştərək yaratdığı şirkət 1994-cü ildə yaranmışdır. Sayt qeyd edir ki, hal hazırda açıq qaynaqlarda “Bakcell” çirkətinin sahibi barədə heç bir məlumat yoxdur.

BASTA